Avqustun 19-dan etibarən Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı avtomobil benzinin qiyməti bahalaşıb.

İqtisadiyyat Nazirliyindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Premium Euro-95” və “Super Euro-98” markalı avtomobil benzini Azərbaycana idxal olunur.
“Həmin markalı avtomobil benzini idxal olunduğu üçün onun qiyməti dövlət tərəfindən, konkret desək Tarif Şurası tərəfindən tənzimlənmir. Tarif Şurasında ancaq ölkədə istehsal olunan bir sıra mal və xidmətlərin qiymətləri tənzimlənir”.
Qeyd edək ki, bundan əvvəl “Premium Euro-95” markalı benzin 1.25, “Super Euro-98” isə 1.50 manata satılırdı.
Sosial şəbəkələrdə paylaş
loading...
Bölməyə aid digər xəbərlər