Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6435

Digər sorğular

"Qızışan siyasi mübarizə Ermənistanın məhvinə səbəb olacaq" - Erməni ekspertlər

00:25  |    20 Avqust 2018  |   E-mail  |  Çapa göndər


Ermənistan hakimiyyətində mövcud olan quldur dəstələr tam zərərsizləşdirilməyib.

Bu səbəbdən növbədənkənar parlament seçkilərinin keçirilməsinə ehtiyac var.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu fikirləri Nikol Paşinyan baş nazir seçilməsinin 100 günü ilə bağlı təşkil etdiyi mitinqdə deyib. Ermənistanın baş naziri bildirib ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün konstitusiyaya düzəlişlər ediləcək. Növbədənkənar seçkilər yalnız baş nazir vəzifədə olduğu təqdirdə keçiriləcək. Paşinyan qeyd edib ki, quldur dəstə parlamentdən də tam uzaqlaşdırıldıqdan sonra ölkədə stabillik əldə oluna bilər.

N.Paşinyanın səsləndirdiyi fikirləri şərh edən erməni siyasi ekspertləri bildiriblər ki, Paşinyan da bundan əvvəlki hökumət başçıları kimi yalan vədlər verib baş nazir postuna gəldi. İndi isə problemin həll olunmamasını Ermənistanın ağır iqtisadi vəziyyəti ilə əlaqələndirməyə çalışır. Sadəcə olaraq “məxməri inqilab” zamanı xalqa qəhrəman lazım idi. Paşinyan da bu vəziyyətdən istifadə etdi.

Bundan başqa, siyasi ekspertlər qeyd ediblər ki, parlamentdə çoxluğun Respublikaçılarda olması Paşinyanı narahat edir. Bu səbəbdən parlamentdəki çoxluğu əldə etmək üçün növbədənkənar seçkilərin keçirilməsini istəyir. Ekspertlərin fikrincə, eks-prezident Robert Köçəryanın həbsdən çıxması daşnakların və respublikaçıların fəallaşmasına səbəb olub. Bu da yaxın zamanda tərəflər arasında böyük siyasi mübarizənin olacağından xəbər verir.

Erməni ekspertləri bildiriblər ki, qızışan siyasi mübarizə isə Ermənistanın məhvinə səbəb olacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.08.2019
Ukraynanın paytaxtı köçürülə bilər
18.08.2019
ABŞ əsassız olaraq İranı neft tankerlərinə hücumlarda ittiham edir - İranlı general
18.08.2019
Futbola baxan “saqqallı” qızlar saxlanıldı
18.08.2019
Rus ekspert mitinqlərdən danışdı: Bir gün xalq anlayacaq ki...
18.08.2019
Kabildə toyda partlayış zamanı ölən və yaralananların sayı artıb - YENİLƏNİB