Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6597

Digər sorğular

Yeni tikilən sosial əhəmiyyətli obyektlərə baxış olub

01:42  |    19 Avqust 2018  |   E-mail  |  Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şamaxı rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan və son tamamlama işlərinin aparıldığı 4 mərtəbəli, 36 mənzilli yaşayış binası ilə tanış olub.

Binanın həyətində mənzillərdə sakinlərin rahatlığı üçün yaradılan şərait, eləcə də əlilliyi olan insanların maneəsiz hərəkət imkanlarına malik olması, mənzillərdə kommunal təchizat sistemlərinin keyfiyyətlə quraşdırılması üçün görülən işlər nəzərdən keçirilib.

Bildirilib ki, yaşayış binasındakı mənzillər Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş növbəlillik siyahısı əsasında Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinin istifadəsinə veriləcək.
Həmçinin penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Qobustan rayonunda tikintisi başa çatmaqda olan 50 yerlik Sosial Adaptasiya Mərkəzində yaradılan şəraitə baxış olub. Mərkəzdə qeyd olunan şəxslərin sosial mühitə uyğunlaşdırılması, onlara hüquqi, psixoloji və s. yardımların göstərilməsi, qanuni mənafelərinin qorunması üçün aidiyyəti dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində işlər aparılacaq.

Burada onların əmək bazarına çıxışının asanlaşdırılması üçün peşə hazırlıqlarının təşkili üçün də müvafiq tədbirlər həyata keçiriləcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
30.11.2019
Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik təsərrüfatlara baxış keçirilib
30.11.2019
Bu nazirliyin rəhbərliyi Kürdəmir, Ucar və Zərdab rayonlarında vətəndaşlarla görüşüb
29.11.2019
Yeni “Reabilitasiya Konsepsiyası” hazırlanır
27.11.2019
Pensiya məsələləri ilə bağlı sosial şəbəkələrdə səslənən fikirlərə nazirlik CAVAB VERDİ
26.11.2019
Sərhədyanı rayonda yeni məşğulluq layihəsi işə salınıb