Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6899

Digər sorğular

Benzin bahalaşacaqmı - iqtisadi əsaslandırma və rəy

20:51  |    14 Avqust 2018  |   E-mail  |  Çapa göndər


İlham Şaban: “Hökumət istəsə...”

İctimaiyyətdə avtomobil yanacağının qiymətlərinə olan maraq daim gündəmdədir. Dünya bazarında yanacağın qiymətinin sürətlə dəyişməsi meylliliyinin ölkəmizə nə dərəcədə təsir edəcəyi əhali arasında böyük marağa səbəb olur.

Bu günlərdə ölkə mətbuatında “Premium Euro-95" və ”Super Euro-98" markalı avtomobil benzinlərinin qiymətinin artmasını əsaslandıran materiallar dərc olunub.

Həmin materialda qeyd olunur ki, Azərbaycana idxal olunan “Premium Euro-95" markalı avtomobil benzininin hər litri hazırda orta hesabla, təxminən 1.35-1.4 AZN-ə başa gəlir.

Hazırda Azərbaycanda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində “Premium Euro-95" markalı avtomobil benzininin pərakəndə satış qiyməti hər litr üçün 1.25 AZN (0.74 ABŞ dolları), ”Super Euro-98" markalı avtomobil benzinin pərakəndə satış qiyməti hər litr üçün 1.5 AZN (0.88 ABŞ dolları) təşkil edir: “Ölkəmizdə adıçəkilən benzin markalarının qiymətinin formalaşmasına dünya bazarında bu neft məhsullarına mövcud olan qiymətlər birbaşa təsir göstərir. Belə ki, göstərilən benzinlər hazırda Azərbaycanda istehsal edilmir və digər ölkələrdən idxal olunur. Bu səbəbdən, Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, ölkədə istehsal edilməyən bu benzin növlərinə qiymətlər dövlət tərəfindən tənzimlənən mallar siyahısına aid edilməyib və xaricdən idxal edilən bu avtomobil benzinlərinin qiyməti sərbəst şəkildə müəyyənləşdirilir.

Müqayisə üçün bildirək ki, qonşu ölkələrdən Gürcüstanda 95 oktanlı avtomobil benzininin satış qiyməti 1.03 ABŞ dolları, yəni 1.75 AZN, 98 oktanlı benzinin satış qiyməti 1.07 ABŞ dolları, yəni 1.82 AZN, Türkiyədə isə müvafiq olaraq, 1.14 ABŞ dolları, yəni 1.94 AZN və 1.18 ABŞ dolları, 2.0 AZN təşkil edir. Ukraynada bu növdə avtomobil benzinlərinin satış qiyməti müvafiq olaraq, 1.18 ABŞ dolları, yəni 2.0 AZN və 1.22 ABŞ dolları, yəni 2.07 AZN civarındadır. Vacib məqam bundan ibarətdir ki, qonşu Gürcüstanda da bizdə olduğu kimi, adıçəkilən neft məhsulları istehsal edilmir və tələbat dünya bazarından idxal hesabına ödənilir".

Onu da qeyd edək ki, Aİ-95 və Aİ-98 benzinin qiyməti sonuncu dəfə 2017-ci ilin noyabrında qaldırılıb. Hər iki markadan olan benzinin 1 litrinin pərakəndə satış qiyməti 0,20 manat artaraq müvafiq olaraq 1,25 və 1,50 manata çatıb.

İdxalçılar qiymət artımını mənbə ölkələrdə (əsasən Rumıniya) bahalaşma ilə əlaqələndiriblər. Maraqlıdır ki, Aİ-95 və Aİ-98 markalı benzin əsasən varlılar tərəfindən istifadə olunur - bahalı avtomobillər üçün. Bu baxımdan, bu marka benzinin bahalaşması bilavasitə imkanlı təbəqəyə yönəlik addım olacaq.

Aİ-92 isə kütləvi istifadə olunan markadır. Onun bahalaşması, bir qayda olaraq, ardınca digər sahələrdə də qiymət artımlarını gətirir. Bu baxımdan, Aİ-92 həm də əhalinin sosial vəziyyətinə birbaşa təsiri olan məhsullardandır.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, bazar iqtisadiyyatı şəraitində hər hansı məhsulun dəyəri artan zaman ondan istehsal olunan digər məhsulların da bahalaşması qaçılmaz prosesdir: “Aİ-95 və 98-in qiyməti sonuncu dəfə artanda - ötən ilin noyabrında neftin dünya bazarında qiyməti 60 dollar civarında idi. 2018-ci ilin yanvarından isə qiymət 70 dolları keçib. Aprel ayından - İrana qarşı sanksiyalara dair məlumatlar yayıldıqdan sonra isə qiymət 80 dollara yaxınlaşdı. Dünya ölkələrinin hamısında, o cümlədən Rusiyada neftdən istehsal olunan məhsulların, ən əsası da benzinin qiyməti bahalaşdı. Bu, qaçılmazdır, çünki neft emalı zavodları qiyməti xammalı aldıqları məbləğə uyğunlaşdırırlar. Hər 2-3 həftədən bir qiymətlər dəyişir. Digər ölkələrdə bu qiymət artımı neftin qiymətinə uyğun olaraq tədricən gedir. Azərbaycanda isə neçə aydır neftin qiyməti artsa da, Aİ-95 və 98-in qiyməti dəyişmir".

Ekspertin sözlərinə görə, əksər ölkələrdə benzinin maya dəyərinin tərkibi dəqiqliklə ictimaiyyətə açıqlanır: “Hətta Rusiyada da belə açıqlama verilir. Yəni bilmək olur ki, satılan benzinin qiymətində vergilərin payı nə qədərdir, nəqliyyat xərclərinin, xammalın payı nə qədərdir. Azərbaycanda isə belə məlumatlar ictimaiyyətə açıqlanmır. Heç bilmək olmur ki, SOCAR-ın neft emalı zavodu neftin tonunu, litrini neçəyə alır, benzinin maya dəyərində onun payı nə qədərdir. Bir ildə hər operator şirkət nə qədər benzin satdı, nə qədər qazanc əldə etdi”.

Aİ-92 markalı benzinin bahalaşmasının mümkünlüyünə gəlincə, İ.Şaban konkret fikir bildirməyin mümkün olmadığını deyir: “Bizdə bu sahədə dövlət tənzimləməsidir, bazar iqtisadiyyatı mövcud deyil. Buna görə də heç nəyi istisna etmək, birmənalı fikir yürütmək mümkün deyil. Hökumət istəsə qaldıracaq, istəməsə yox...”

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Bakı ilə Kiyev arasında birbaşa uçuş həyata keçiriləcək
05.06.2020
Dolların iyunun 8-nə olan məzənnəsi açıqlanıb
05.06.2020
Ünvanlı sosial yardımda hansı yeniliklər olacaq?
03.06.2020
Maska taxmayanların ödəyəcəyi cərimələr bura xərclənəcək
02.06.2020
İyun ayı üçün 190 manatla bağlı qərar verildi