Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6886

Digər sorğular

Ərdoğan ABŞ-ın iki nazirinə sanksiya tətbiq edilməsi barədə göstəriş verib

01:34  |    05 Avqust 2018  |   E-mail  |  Çapa göndər


“ABŞ-ın daxili işlər və ədliyyə nazirlərinin Türkiyədəki əmlaklarının dondurulması barədə bu gündən tapşırıq verirəm”.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyası (AKP) Qadın qollarının (təşkilatının) növbəti - V qurultayında bildirib.

“ABŞ-ın sanksiya qərarı strateji ortaqlığa yaraşmır. Belə bir sanksiyanı qəbul etmək də mümkün deyil. Dünən axşamadək səbr etdik. Əgər ABŞ-ın daxili işlər və ədliyyə nazirlərinin Türkiyədə əmlakı varsa, onların dondurulması barədə bu gündən tapşırıq verirəm.

Bu məsələdə ABŞ prezidenti Donald Trampı oyuna salıblar. Oyunu quranları da tanıyrıq. Bu oyunu cənab Trampın pozması lazımdır”, - deyə Türkiyə prezidenti vurğulayıb.

Qeyd edək ki, Ağ ev Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Abdulhamit Gülə sanksiya tətbiq edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Rusiyanı yalnız belə dayandırmaq olar - Ukraynanın eks-prezidenti
29.05.2020
Türkiyədə koronavirusla bağlı son vəziyyət
29.05.2020
ABŞ-da kütləvi etirazlar şiddətlənib: Polis bölməsi ələ keçirildi, bina yandırıldı - FOTO
29.05.2020
Türkiyədə çimərlik mövsümü açılır - yeni qadağalar
29.05.2020
Ermənistanda hərbi polisə yeni əməkdaşlar rüşvətlə götürülür