Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6894

Digər sorğular

Azərbaycanla müharibə hər an başlaya bilər – Ermənistanda sensasion BƏYANAT

16:24  |    04 Avqust 2018  |   E-mail  |  Çapa göndər


Qarabağda müharibə avqustun və sentyabrın istənilən günündə başlaya bilər.

Qaziler.az virtualaz.org-a istinadən bildirir ki, bunu "Helsinki təşəbbüsü-92"nin Dağlıq Qarabağ komitəsinin koordinatoru Karen Ohancanyan özünün “Facebook” səhifəsində yazıb.

“Azərbaycan tərəfindən Qarabağla və Ermənistanla sərhəd boyunca baş verən hər şey iri miqyaslı hərbi hərəkətlərin başlanğıcına hazırlıqdır, hansı ki, artıq avqustda və ya sentyabrda hökmən başlaya bilər”, - deyə Ohancanyan iddia edib.

"... Görünür, Azərbaycanda müharibəyə futbol üzrə dünya çempionatı dövründə və ya ondan dərhal sonra başlamaq niyyətləri olub. Amma Minəçevir İES-dəki qəza və Gəncədə baş verən hadisələr Azərbaycanın, Türkiyənin və onların Qarabağ probleminin həllini hərbi yolla reallaşdırmaq məsələsində müttəfiq-himayəçilərinin niyyətini bir qədər geriyə atdı.

Bu gün hərbi həll öz aktuallığına itirməyib, həm də ki, bəzi "dost" ölkələr bununla Ermənistanın yeni hakimiyyətini, bəyan edilmiş hədəflərə ardıcıllıqla çatmaq planlarını reallaşdırmaq niyyətinə görə, cəzalandırmaq istəyərdi. Beləliklə, döyüş hərəkətlərinin başlanğıcına açıq hazırlıq göz qabağındadır...", - deyə Ohancanyan öz qorxusunu ifadə edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
"Rusiyanın Bakını cilovladığını düşünmək Ermənistan ordusuna təhqirdir..." - erməni nəşri
02.06.2020
Qarabağdan danışmaq yasaqlanır?..
01.06.2020
Ötən il işğal altındakı Azərbaycan ərazilərində ölən erməni hərbçilərin sayı açıqlanıb
01.06.2020
"Parlamentimiz müharibə qərarı verməyə risk etmir..." - Qarabağ qazisi
01.06.2020
Atəşkəs yenə pozulub