Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6894

Digər sorğular

İrəvan status-kvonu uzatmağa çalışır: Bakı düşmənə düşünmə izni verəcəkmi?

13:32  |    02 Avqust 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycan döyüş hazırlığını gücləndirir; müdafiə naziri yenidən ön cəbhədə düşmən mövqeyini izlədi; “Dağlıq Qarabağ ətrafındakı rayonlar işğal edilib, qaytarılmalıdır” deyən erməni siyasətçiyə hücumlar başladı...

Qarabağ danışıqları prosesində durğunluq davam edir. Doğrudur, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Azərbaycan və işğalçı ölkənin XİN başçıları arasında ATƏT-in M’insk Qrupunun təşəbbüsü ilə artıq bir dəfə görüş keçirilib. Lakin 4 saat çəkən bu görüş nəticəsiz başa çatıb. Sülh prosesini irəli aparmaq üçün tərəflər heç bir razılıq əldə etməyib. Yəni bu, faktiki şəkildə “quş qoymaq” naminə reallaşan növbəti bir təmas olub.

Baş diplomatlar - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan arasında növbəti belə görüş bir ay sonra - sentyabrda, BMT Baş Məclisinin sessiyası çərçivəsində nəzərdə tutulur. Lakin həmin görüşlə bağlı da ümidlər olduqca kövrəkdir. Əsas səbəb isə budur ki, yeni erməni rəhbərliyi konfliktlə bağlı konstruktiv danışıqlara hazır deyil. Təzə baş nazir Nikol Paşinyanın başı daha çox daxildə “siyasi təmizləmələr” aparıb öz hakimiyyətini möhkəmlətməyə qarışıb.

Təsadüfi deyil ki, Məmmədyarov-Mnatsakanyan görüşündə erməni tərəf Azərbaycandan vaxt istəyib. Guya Qarabağla bağlı vəziyyətin nə yerdə olduğunu öyrənmək istəyirlər. Əslində isə bu, vaxt uzatmaq üçün bəhanədən savayı bir şey deyil. Vaxt isə, qeyd edildiyi kimi, Paşinyan hökumətinə növbədənkənar parlament seçkilərinə kimi öz daxili dayaqlarını möhkəmlətməyə görə lazımdır.

Yeri gəlmişkən, Nikol Paşinyan əhalini yenidən İrəvanda Respublika meydanına toplaşmağa səsləyib. Bu barədə o, öz facebook səhifəsində çağırış edib (axar.az). “Baş nazir olmağımın 100 günü tamam olur. Təklif edirəm ki, 17 avqust 18:30-da Respublika Meydanında böyük mitinq keçirək. Bu, çox vacib tədbirdir. Hər birinizin iştirakı vacibdir” - o bildirib.

Aydındır ki, meydandan hakimiyyətə gəlmiş Paşinyan bununla özünə qarşı ictimai rəğbətin hansı səviyyədə olduğuna əminlik hasil eləmək istəyir. Başqa sözlə, nəbz yoxlanışı aparmaq fikrindədir. İstədiyi nəticə olsa, o zaman Paşinyan şübhə yox ki, siyasi rəqiblərinə qarşı təqiblərə daha sərt şəkildə davam edəcək...

*****

Azərbaycan təbii ki, işğalçı ölkədə baş verənləri, regionda, Dağlıq Qarabağ ətrafındakı vəziyyəti diqqətlə izləyir və paralel surətdə öz silahlı qüvvələrinin döyüş hazırlığını gücləndirməkdədir.

Bu arada müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən yenidən cəbhəboyu zonada olublar və müxtəlif istiqamətlərdə yerləşən ön xətt bölmələrinə baş çəkiblər. Musavat.com-un Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müdafiə nazirinə ərazinin maketi üzərində əməliyyat şəraiti məruzə edilib.

General-polkovnik Zakir Həsənov bölmələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb, üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib. Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş qabiliyyətini, maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib. Müdafiə naziri bölmələrdəki şəraitlə tanış olub, şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparıb.

Bütün bunlar bir daha Azərbaycanın işğal rejimi ilə sonsuzadək barışmayacağının daha bir anonsudur. Başqa sözlə, düşmən tərəfin guya konstruktiv sülh danışıqları üçün xahiş elədiyi, əslində isə status-kvonu uzatmağa xidmət edən vaxt iznini Azərbaycan hiyləgər düşmənə verməyəcək, məqam yetişən kimi daha bir uğurlu lokal hərbi əməliyyat aparacaq. Artıq bir çox hərbi və siyasi analitiklər məsələdə irəliləyiş olması üçün ayrı yolun qalmadığını bildirirlər. İşğalçı Ermənistan və onun rəhbərliyi açıq-aşkar konfrontasiya yolu tutduğundan hər ötən gün, həftə hətta böyük savaşı da yaxınlaşdırır.

*****

Hərgah, düşmən ölkədə təhlükəni dərk edən az sayda siyasətçilər də var. Onlardan biri sabiq prezident Levon Ter-Petosyanın rəhbəri olduğu “Erməni Milli Konqresi” partiyasından olan Zoya Tadevosyandır. Söz düşmüşkən, İrəvanda keçirdiyi mətbuat konfransında “Dağlıq Qarabağ ətrafındakı rayonlar işğal edilib və qaytarılmalıdır” deyən bu erməni siyasətçiyə qarşı artıq hücumlar başlayıb (virtualaz.org).

Belə ki, Qarabağdakı qondarma rejimin “administrasiya sözçüsü” David Babayan Tadevosyanın dediklərini “xəyanət, satqınlıq” adlandırıb. “Bu, milli maraqların satılmasıdır, mənəvi deqradasiyadır, ümid ancaq ona qalır ki, həmin qadının başı özündə deyil” - Babayan bildirib. O, Ermənistanda belə düşünən adamların olmasını “qorxulu” hesab edir, bildirir ki, belə adamlar küçəyə çıxmaqdan utanmalıdır.

Qondarma “DQR prezidenti”nin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, keçmiş səhra komandiri və Dağlıq Qarabağın xüsusi xidmət orqanlarının rəhbəri Arşavir Qaramyan da Tadevosyanın bəyanatını “yolverilməz” adlandırıb. O, Ermənistanda son vaxtlar ərazilərin qaytarılması barədə danışan siyasətçilərin, politoloqların fəallaşdığını bildirir. Qaramyan “bu cür qanunsuz hərəkətlərin davam edəcəyi halda” Qarabağ ermənilərini küçələrə çıxmağa çağırır.

İrəvanda “Erməni Milli Konqresi” Partiyasını təmsil edən Zoya Tadevosyan iyulun 31-də keçirdiyi mətbuat konfransında deyib ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar “zəbt olunub” və “Dağlıq Qarabağın ərazisi” deyil. “Biz bu əraziləri ”azad olunmuş" kimi xarakterizə edirik, lakin siz yaxşı bilirsiniz ki, o, zəbt edilmiş ərazilərdir" - Tadevosyan bildirib. Erməni siyasətçinin sözlərinə görə, diplomatiyada və ya beynəlxalq hüquqda qəbul edilmiş istənilən normalara görə bu ərazilər erməni əraziləri deyil. “Doğrudanmı danışıqlar masasında azad edilmiş ərazilərin məsələsi dayanır? Bu zəbt edilmiş ərazilərdir, Azərbaycan əraziləridir. Danışıqlar isə Qarabağın öz müqəddəratını təyin etməsi məsələsi ətrafında aparılır” - Zoya Tadevosyan belə deyib. “Aravot” qəzeti yazır ki, onun dedikləri mətbuat konfransına toplaşmış jurnalistlər arasında anlaşılmazlıq yaradıb.

*****

Bu fakt bir daha erməni ictimai şüurunda və siyasi dairələrində ədalətli sülh anlayışının necə təhlükəli dərəcədə deformasiyaya uğradığını qabarıq göstərir. Deməli, böyük savaş qaçılmazdır...
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
"Rusiyanın Bakını cilovladığını düşünmək Ermənistan ordusuna təhqirdir..." - erməni nəşri
02.06.2020
Qarabağdan danışmaq yasaqlanır?..
01.06.2020
Ötən il işğal altındakı Azərbaycan ərazilərində ölən erməni hərbçilərin sayı açıqlanıb
01.06.2020
"Parlamentimiz müharibə qərarı verməyə risk etmir..." - Qarabağ qazisi
01.06.2020
Atəşkəs yenə pozulub