Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6667

Digər sorğular

Abituriyentlərin nəzərinə: UNEC-i tanı!

19:20  |    27 İyul 2018  |   E-mail  |  Çapa göndər


UNEC-i abituriyentlərə daha yaxından tanıtmaq və ixtisas seçimində onlara dəstək olmaq üçün “UNEC-i tanı” layihəsinə start verilib.

Bu məqsədlə ixtisas seçimi günlərində regionun ən böyük iqtisadyönümlü və 4 dildə təhsil verən universiteti olan UNEC-in qapıları abituriyentlərə açıq olacaq. Layihə çərçivəsində abituriyentlər UNEC-də tədris olunan ixtisaslar, fakültələr, keçid balları, təhsil haqları barədə ətraflı məlumat ala biləcəklər. Eyni zamanda onlara ixtisas seçimi, seçmək istədikləri ixtisasın üstünlükləri və gələcək karyera imkanları istiqamətində dəstək göstəriləcək.

Abituriyentlər UNEC-in tələbələrinə yaratdığı imkanlar, xüsusi təqaüd, Avropanın nüfuzlu universitetləri ilə ikili diplom və UDİD proqramları barədə məlumatlandırılacaqlar. Həmçinin təhsil almaq istədikləri ixtisasın tədris olunduğu bina və auditoriyalarla tanış ola biləcəklər.

Azərbaycanın regionunda yaşayan və UNEC-ə gəlmək imkanı olmayan abituriyentlər isə onları maraqlandıran sualları UNEC-in rəsmi Facebook səhifəsinə ünvanlaya bilərlər. Eyni zamanda müraciətlərini öz facebook səhifələrindən #UNECdənsoruş haştagı ilə paylaşa bilərlər. Bunun üçün sualı paylaşdıqları post hamı üçün açıq olmalıdır.

Qeyd edək ki, UNEC-ə I, II, IV və V ixtisas qruplarında 20 ixtisas üzrə Azərbaycan, ingilis, türk və rus dilində tələbə qəbulu həyata keçirilir.

Ətraflı məlumat: (+99412) 497-58-63

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.01.2020
Tanınmış jurnalistin oğlu Beynəlxalq Olimpiadada qızıl medal qazandı - FOTO
13.01.2020
Azərbaycanda magistraturaya qəbul imtahanı birmərhələli olacaq
16.12.2019
Başqasının yerinə imtahan vermək istəyənlər cəzalandırılacaq
07.12.2019
Azərbaycan-Gürcüstan birgə ali məktəbi Tbilisidə yerləşəcək
05.12.2019
DİM sədri: "Növbəti il üçün qəbul imtahanlarının vaxtı müzakirə edilir"