Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Sosial yardım üçün bu sənədlər tələb olunmayacaq (VİDEO)

15:50  |    27 İyul 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycanda ünvanlı sosial yardım almaq üçün prosedurlar sadələşdirilir.

Qaziler.az "Xəzər xəbər”ə istinadən xəbər verir ki, ilkin olaraq yardım almaq üçün müraciət zamanı elektron ərizədə bəyannamənin doldurulması üçün tələb olunan sənədlərin sayı azaldılır. Sonrakı mərhələdə isə sosial yardımı almaq üçün, ümumiyyətlə hər hansı bir sənəd toplamaq və ərizə bəyannaməsi verməyə ehtiyac olmayacaq.

Sosial yardım almaq üçün müraciət zamanı ailənin gəlirləri, tərkibinə daxil olanların pensiya və müavinətləri barədə məlumatlar vətəndaşdan istənilməyəcək. Artıq belə məlumatlar birbaşa mərkəzi informasiya bazalarından götürüləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən atılan bu addımın əsas məqsədi sosial yardım üçün prosedurların sadələşdirilməsidir. Sadələşdirmə iki mərhələdə həyata keçiriləcək, birinci mərhələnin sentyabrın sonuna kimi yekunlaşdırılması planlaşdırılır.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə bütün məlumatların vahid elektron bazada toplanılmasını nəzərdə tutan "Sosial Reyestr"in hazırlanması prosesi gedir. Bu proses başa çatdıqdan sonra ünvanlı dövlət sosial yardımın alınması üçün elektron müraciət zamanı hər hansı "ərizə-bəyannamə"nin doldurulmasına ehtiyac qalmayacaq.

Sözügedən layihənin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, ötən il ünvanlı sosial yardım alanların sayı 80 min ailəyə yaxın olub. Bu ilin son 6 ayı ərzində isə bu rəqəm azalaraq 54 min ailə və ya 213 min nəfər təşkil edib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.09.2019
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
14.09.2019
Abid Şərifovun Avropadaki biznesi – sabiq vitse-premyerin 21 illik maaşı (ARAŞDIRMA)
11.09.2019
Murad Köhnəqala Əli Həsənovun müdafiəsinə qalxdı
11.09.2019
Əli Kərimlinin iqtidar-müxalifət tədbirinə çağırılmamasının SƏBƏBİ
10.09.2019
YAP icra katibinin müavininin açıqlaması gündəmi silkələdi - Siyavuş Novruzov niyə belə dedi?