Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6879

Digər sorğular

Ərdoğandan ABŞ-a şifrəli jest

14:03  |    27 İyul 2018  |   E-mail  |  Çapa göndər


“FETÖ işi”nə görə tutulan amerikalı rahibin ev dustaqlığına buraxılması Türkiyə iqtisadiyyatına müsbət təsir edib, qərarın əsl səbəbi açıqlanmır...

Türkiyədə 15 iyul qiyamına dəstək verməkdə ittiham olunaraq həbs edilən amerikalı rahib Endryu Kreyq Branson ev dustaqlığına buraxılıb. Türkiyə mətbuatının yazdığına görə, rahibə Türkiyə hüdudlarından kənara çıxmaq qadağan edilib.

Amerikalı rahib 20 ildən çoxdur Türkiyənin İzmir şəhərində yaşayır və dini fəaliyyətlə məşğul idi. Ancaq Türkiyə hüquq-mühafizə orqanları Bransonu 15 iyul qiyamına dəstək verməkdə və PKK-ya yardım etməkdə ittiham edərək həbsə salmışdı.

Rahibin həbsi Amerikada ciddi narahatlıq doğurub. Məsələ hətta ABŞ Konqresində müzakirə olunub. Prezident Donald Tramp rahibin sərbəst buraxılması üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana çağırış edib. Tramp Bransonun həbs müddətinin uzadılması qərarını “utancverici” adlandıraraq, onu azad etməyə çağırmışdı. Konqresdə isə buna görə Türkiyəyə qarşı sanksiyaların qəbul olunması çağırışları səsləndirilib.

Ancaq iki gün əvvəl gözlənilmədən Türkiyə məhkəməsi amerikalı rahib barədə ev dustaqlığı qərarı verib. Maraqlıdır ki, bu qərar ABŞ Konqresində gələn ilin müdafiə xərcləri ilə bağlı qanun layihəsinin qəbul olunması və bu zaman “F-35" qırıcılarının Türkiyəyə satışının müvəqqəti olaraq dondurulması haqda qanunun qəbulu ilə eyni günə təsadüf edib. Ancaq hələlik bu qərarın səbəbi məlum deyil.

ABŞ dövlət katibi Mayk Pompeo rahib Bransonun həbsdən buraxılıb ev dustağı edilməsi barədə qərarı məmnuniyyətlə qarşıladıqlarını, ancaq yetərli görmədiklərini deyib. Pompeo rahibə qarşı ittihamların sübuta yetirilmədiyini də bildirib. Sitat: “Rahib Bransonun ev dustaqlığına buraxılmasını məmnunluqla qarşıladıq. Ancaq bu, yetərli deyil. Cənab Bransonu ittiham etmək üçün yetərli dəlil yoxdur. Türkiyə rəsmilərini Bransonun məhkəmə işini ədalətli şəkildə həll etməyə çağırırıq”.

Qeyd edək ki, Türkiyədə bəzi media orqanları amerikalı rahibin hazırda ABŞ-da yaşayan və FETÖ təşkilatının lideri hesab olunan Fətullah Gülənlə dəyişdiriləcəyini iddia edirdi. Hətta “ver vaizi (F.Gülən), al papazı” sözü də buna işarə idi. Vaşinqtonun israrlarına rəğmən, Türkiyə tərəfinin rahibi həbsdə saxlamasını da bununla izah edirdilər. Ancaq indi gözlənilmədən Ankara jest etdi.

Qeyd edək ki, bundan öncə də bir sıra ekspertlər xəbərdarlıq edirdilər ki, rahibin həbsdə saxlanılması Türkiyə-ABŞ münasibətlərini zədələyə, Ankara üçün ciddi nəticələr doğura bilər. Təqaüddə olan keçmiş səfir Faruk Loğoğlu Türkiyə mediasına verdiyi müsahibədə rahibin azad edilməsini məhz bununla izah edib. Loğoğlu deyib ki, Bransonun azad edilməsi Vaşinqtonun onu israrla tələb etməsi və bu səbəbdən Türkiyəyə qarşı ciddi təzyiqlərə səbəb olacağı, baha başa gələ biləcəyi ilə bağlı ola bilər.

Maraqlıdır ki, amerikalı rahibin azad edilməsi Türkiyə iqtisadiyyatına həmən təsir edib. Belə ki, rahibin azad edilməsindən qısa müddət sonra “Türkiyə Hava Yolları”nın səhmləri 14,40 faiz bahalaşıb. Bu, 2004-cü ildən bu yana ən ciddi yüksəliş olub. Rahibin azad edilməsindən faydalanan daha bir iqtisadi qurum “Halbank” olub: Türkiyənin ən böyük dövlət banklarından birinin hissələri 16 faiz dəyər qazanıb. Bu hadisə ABŞ-Türkiyə münasibətlərindəki gərginliyin Türkiyə iqtisadiyyatına təsirini bir daha əyani şəkildə nümayiş etdirib.


“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.05.2020
ÜST: Dünya koronavirusun ikinci pik həddi ilə qarşılaşa bilər
26.05.2020
Hər ötən gün 100 mindən çox insan koronavirusa yoluxur - STATİSTİKA
25.05.2020
“Liviyadakı türk dronları rusları və Haftarın digər tərəfdaşlarını utandırdı...” – “Vaşinqton Post"
25.05.2020
Çin bu ölkə ilə müharibəyə girəcək? - İDDİA
25.05.2020
Koronavirusa yoluxan Peskovla bağlı yeni xəbər