Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6894

Digər sorğular

Jirinovski: “Rusiya olmasaydı, Qarabağda ermənilər artıq yox idi”

19:43  |    26 İyul 2018  |   E-mail  |  Çapa göndər


Rusiya Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Ermənistanın Rusiyadan uzaqlaşmaq arzusunu şərh edərkən deyib ki, əgər Rusiya olmasaydı, Qarabağda ermənilər artıq yox idi.

Virtualaz.org-un məlumatına görə, Lirinovski əlavə edib ki, ermənilər Qarabağda məhz Rusiya ordusunun Ermənistana yerləşdirilməsi səbəbindən sakit yaşayırlar.

Jirinovski həmçinin bildirib ki, deyilənlər Tacikistan və Donbasa da aiddir: “Rusiya postsovet məkanındakı konfliktlərdə keçmiş SSRİ-nin bütün əhalisini qorumaq və xilas etmək üçün iştirak edir.

Dnestryanıda 1992-ci ildə insanları kəsməyə, rus milislərini qaralamağa, qızları zorlamağa başladılar. Soyqırım, vətəndaş müharibəsi gedirdi. Rus ordusu bunun qarşısını aldı. Əgər Donbasda da ruslar öldürülməsəydi, bu gün Ukrayna hadisələri olmazdı. Biz osetin və abxazları da xilas etmişik. Biz keçmiş SSRİ-nin bütün əhalisini müdafiə edəcəyik. Biz Kanada və Afrikaya girməyəcəyik, amma SSRİ və Rusiya imperiyasının tərkibində yer alan hər kəsi, milliyətindən asılı olmayaraq, müdafiə edəcəyik”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
"Rusiyanın Bakını cilovladığını düşünmək Ermənistan ordusuna təhqirdir..." - erməni nəşri
02.06.2020
Qarabağdan danışmaq yasaqlanır?..
01.06.2020
Ötən il işğal altındakı Azərbaycan ərazilərində ölən erməni hərbçilərin sayı açıqlanıb
01.06.2020
"Parlamentimiz müharibə qərarı verməyə risk etmir..." - Qarabağ qazisi
01.06.2020
Atəşkəs yenə pozulub