Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6894

Digər sorğular

İrəvanın Bakıdan vaxt istəməsinin gerçək səbəbi

16:03  |    26 İyul 2018  |   E-mail  |  Çapa göndər


“Paşinyan hökumətinin danışıqlar prosesini öyrənmək adı ilə Azərbaycandan vaxt istəməsi hərbi əməliyyatlar üçün uyğun olan zamanı ötürmək mahiyyəti daşıyır”

Bunu AzVision.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib. Beynəlxalq təcrübədə vaxt anlayışının olmadığını qeyd edən politoloq bildirib ki, hakimiyyətə yeni şəxs gəlsə belə o, prosesləri bilməlidir:

“Beynəlxalq praktikada vaxt anlayışı yoxdur. Vaxt istəmək məsələsi iki tərəfin razılığı əsasında həyata keçirilə bilər. Belə mürəkkəb proseslərdə isə vaxt istənilməsi uzağı 3 ay çəkə bilər. İndiki şəraitdə Paşinyan hökuməti vaxt istəməklə daha çox hərbi əməliyyatlar üçün uyğun olan zamanı ötürmək mahiyyəti daşıyır. Nəticə etibarı ilə Azərbaycan ordusunun hücum edərək, torpaqları azad etmək imkanlarını minumuma endirmək istəyir. Doğrudur, Paşinyan hökumətinin daxildə - kadr, korrupsiyaya qarşı mübarizə və.s kimi problemləri var. Amma bunun danışıqlar prosesinə təsiri olmamalıdır. Çünki hamı bilir ki, Ermənistan Azərbaycana təcavüz edib və torpaqlarını işğal edib. Bunun nüanslarını da Xarici İşlər Nazirliyinin aparatında hər kəs bilir. Paşinyanın özü deputat olub və proseslərin içərisində olub. Yəni, nəyəsə hazırlaşmaq, vaxt istəmək zamandan öz xeyrinə səmərəli istifadə etmək manipulyasiyasından başqa bir mahiyyət daşımır”.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mümkün görüşünü proqnozlaşdıran politoloq vurğulayıb ki, görüşün olması üçün şərt irəli sürməyə ehtiyac yoxdur: “Bunu Rusiya və ATƏT-in həmsədr ölkələri də söyləyir. Hər hansı bir şərt irəli sürmədən danışıqlara başlamaq lazımdır. Ermənistan isə NATO-nun zirvə sammitində qəbul olunan bəyanata, Avropa İttifaqının mövqeyinə, Rusiyanın özündəki əhval-ruhiyyəyə baxmayaraq, yenə də Dağlıq Qarabağın qondarma rejiminin danışıqlarda iştirak etməsi şərtini irəli sürür, bunsuz danışıqlar prosesinin baş tutmayacağını deyir. Bu, siyasi əllaməlikdir və onu mütəmadi olaraq davam etdirir. Buna görə də danışıqlar prosesində gərginlik yaradan şərtlər irəli sürməyə ehtiyac yoxdur”.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun erməni həmkarı Zohrab Mnatasakanyanın peşəkar olması fikrinə gəlincə, Q.Hüseynli deyib ki, erməni nazirin şirin dilinə inanmamalıyıq: “Ermənistanın xarici işlər naziri Zohrab Mnatasakanyan bu ölkənin BMT-dəki nümayəndəsi olub. Buna qədər isə nazirlik aparatında kiçik bir vəzifədə işləyib. Amma Edvard Nalbandyan ən azı 8 il xarici işlər naziri işləyib. Sadəcə olaraq, xaraktercə Elmar Məmmədyarovla onun arasında uyuşmazlıq var idi. Zohrab Mnatasakanyan isə kifayət qədər hiyləgərdir. Hesab edirəm ki, Elmar Məmmədyarov Zohrab Mnatasakanyanın şirin dilinə inanmamalıdır”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
"Rusiyanın Bakını cilovladığını düşünmək Ermənistan ordusuna təhqirdir..." - erməni nəşri
02.06.2020
Qarabağdan danışmaq yasaqlanır?..
01.06.2020
Ötən il işğal altındakı Azərbaycan ərazilərində ölən erməni hərbçilərin sayı açıqlanıb
01.06.2020
"Parlamentimiz müharibə qərarı verməyə risk etmir..." - Qarabağ qazisi
01.06.2020
Atəşkəs yenə pozulub