Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6441

Digər sorğular

“Mingəçevir SES-in ermənilər tərəfindən vurulma ehtimalı sıfıra bərabərdir”

23:36  |    24 İyul 2018  |   E-mail  |  Çapa göndər

“Bu bəyanat göstərir ki, Levon Mnatsakanyanın hərbi savadı yoxdur”

Qondarma Dağlıq Qarabağ “Respublikası”nın “müdafiə naziri” Levon Mnatsakanyan Azərbaycanın ünvanına növbəti hədələyici bəyanatla çıxış edib və müharibə başlayacağı təqdirdə Mingəçevir SES-i vuracaqlarını bildirib.

Xatırladaq ki, bundan öncə də erməni tərəfi dəfələrlə Mingəçevirə zərbə endirəcəkləri ilə bağlı bəyanatlar səsləndirib.

Düşmənin Mingəçevir SES-lə bağlı məlum bəyanatları ciddiyə alınmalıdırmı? Erməni ordusu Mingəçevir SES üçün hər hansı təhlükə yarada bilərmi?

Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bu kimi açıqlamaların reallıqdan uzaq, gülünc iddialar olduğunu vurğuladı:

“Bu bəyanat göstərir ki, Levon Mnatsakanyanın Azərbaycan haqqında ümumiyyətlə məlumatı yoxdur. Birincisi, Mingəçevir SES-i partlatmaq mümkün deyil. Çünki Mingəçevir SES Azərbaycanın Hava Hücumunan Müdafiə Qüvvələri tərəfindən etibarlı şəkildə müdafiə olunur. Hətta bu SES-in içərisinə bomba atılsa belə, bu bomba suyun səviyyəsini hansı ölçüdə qaldıra bilərsə qaldırsın, bu, yenə də heç nəyi dəyişməyəcək. Çünki SES maksimum gücə hesablanıb.
Görünən odur ki, bu adamın nə hərbi, nə də texniki məsələlərlə bağlı savadı yoxdur. Bu, sırf populist çıxışdan başqa bir şey deyil. Mingəçevir SES-in ermənilər tərəfindən vurulma ehtimalı sıfıra bərabərdir.
Bu gün həm Ermənistan, həm də qondarma respublikada kifayət qədər ciddi problemlər var. Paşinyanın iddiaları özünü doğrultmadı. Bu bəyanatlar isə Paşinyan gəlib-gedəndən sonra verilməyə başlayıb. Bu yolla özlərini sığortalamağa çalışırlar. Məqsəd həm də Dağlıq Qarabağdan qaçan ermənilərin axınının qarşısını almaqdır. Paşinyan gələndən sonra Dağlıq Qarabağakı Suriya ermənilərinin bir qismi geri qayıtmağa başlayıb. Onlara kürdlər də qoşulub. Qeyri-rəsmi məlumata görə, artıq 100-dən çox ailə köçüb. Bu isə erməniləri çox narahat edir. Ona görə də onalr bu məsələni gündəmə gətiriblər.

Bu məsələ bütün hallsrda dövlətimizin nəzarətindədir və bundan sonra da cidid nəzarəti altında olacaq”.

Moderator.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.02.2019
Millət vəkili Fazil Mustafa qazi baş redaktorun "cinayət işi" ilə bağlı fikir bildirdi...
09.01.2019
“Zopa ilə döyürlər, heç kim səsini çıxarmır” – Deputat
04.01.2019
2019-cu ildə dünyanı nə gözləyir - siyasi və iqtisadi proqnozlar
01.08.2018
Mattarella Bakıdan sonra niyə İrəvana getdi? Şərh
30.07.2018
Bu hərbi bazaları ona görə qapatdıq ki... - Lavrov