Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6443

Digər sorğular

Firudin Məmmədov: “Hər dəfə işğal günündə Ağdamın qarşısında xəcalət çəkirəm”

23:46  |    23 İyul 2018  |   E-mail  |  Çapa göndər

“Evini satıb ordunun yaranmasına xərcləyən şəhidlərimizin ruhu bizim Ağdama qayıtmağımızı gözləyir”

Bu gün Azərbaycanımızın dilbər güşələrindən biri Ağdamın işğal günüdür. Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edilib.

Ağdam Birinci Könüllü Ərazi Özünümüdafiə batalyonunun döyüşçüsü, Respublika Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri, birinci qrup Qarabağ qazisi Firudin Məmmədov Moderator.az-a açıqlamasında çox sarsıntı keçirdiyini bildirib:

“Ağdamın işğalından 25 il ötür. Bu bir əsrin dörddə bir hissəsidir. Bu qədər vaxt ərzində torpaqlarımızın qaytarılmaması özü hər şeyi deyir. İşğal olunmuş rayonlar arasında ən çox Ağdam şəhid verib. Həm canımız, həm də torpağımız gedib. Hər dəfə işğal günündə Ağdamın qarşısında xəcalət çəkirəm. Ağdamı niyə qaytara bilmirik?-sualının açmasını hələ də bilmirəm. Bu gün ordumuz çox böyük gücə malikdir. Bunu ölkə başçısı da, müdafiə naziri də təsdiq edir. Amma çox təəssüflər olsun ki, hələ də biz nəyi gözləyirik, bilmirəm. Ermənilərdən zəif olsaydıq, torpaqlarımızın işğalı bu qədər bizə təsir etməzdi. Ağdamı işğaldan azad etmək üçün hələ də xəyallarımızda partizan dəstələri yaradırıq. Döyüşçü yoldaşlarla söhbətlər edib, təəssüflənirik. Allah bütün şəhidlərimizi rəhmət eləsin! Torpaqların müdafiəsi zamanı Rusiyada evini satıb gəlib ordunun yaranmasına xərcləyən şəhidlərimiz var. Hamısının ruhu bizim Ağdama qayıtmağımızı gözləyir”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.02.2019
Millət vəkili Fazil Mustafa qazi baş redaktorun "cinayət işi" ilə bağlı fikir bildirdi...
09.01.2019
“Zopa ilə döyürlər, heç kim səsini çıxarmır” – Deputat
04.01.2019
2019-cu ildə dünyanı nə gözləyir - siyasi və iqtisadi proqnozlar
01.08.2018
Mattarella Bakıdan sonra niyə İrəvana getdi? Şərh
30.07.2018
Bu hərbi bazaları ona görə qapatdıq ki... - Lavrov