Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6894

Digər sorğular

Xalq artistindən qandonduran sözlər: “Meyitləri "kamaz"a doldurub...”

20:26  |    23 İyul 2018  |   E-mail  |  Çapa göndər


Bu gün Ağdamın işğal olunduğu gündür.

Qaziler.az bildirir ki, Yenicag.az-a açıqlama verən xalq artisti Nəzakət Teymurova doğulduğu Ağdamın Əlimədətli kəndindəki son günlərini xatırlayıb:

"Erməni ara vermədən "qrad”la hər yeri dağıtsa da, biz kəndimizdən – Ağdamın Əlimədətli kəndindən çıxmırdıq. Qardaşlarım döyüşdə idi, anam, bacılarım və bacım uşaqları ilə evimizdə qalırdıq. Həmin dəhşətli günü yəqin ki ömrümün sonuna qədər unuda bilməyəcəm. Səhər tezdən "qrad” səsinə oyandıq. Hava işıqlanmamışdı,amma atılan mərmilərin alovundan hər yer işıq idi. Pəncərəmizin şüşələri qırılıb töküldü, evimiz dağıldı, uşaqların çığırtısı anamın naləsinə qarışdı. Ayaqyalın evdən çıxıb küçəyə töküldük. Yolda gördük ki, ölən kim, başı, ayağı kəsilib can verən kim. Qonşumuzda bir ailə vardı, ata-bala öldü, qızı havalandı. Bizi maşına doldurub, kənddən Ağdama apardılar”.

Xalq artisti hərbi hissənin yaxınlığında olduqlarından hər gün "kamaz"larla meyit, yaralı gördüyünü deyib:

"Evimiz hərbi hissəyə yaxın idi. Meyitləri "kamaz"a doldurub, gətirirdilər ki, düşmən əlinə keçməsin. O dəhşətli günləri xatırlayanda ölüb-dirilirəm. Sinəmdə Ağdam yarası, Ağdam həsrəti var. Bacımın qəbri də oradadır. Ağdamın alınacağı və bacımın məzarını görəcəyim günü həsrətlə gözləyirəm”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
"Rusiyanın Bakını cilovladığını düşünmək Ermənistan ordusuna təhqirdir..." - erməni nəşri
02.06.2020
Qarabağdan danışmaq yasaqlanır?..
01.06.2020
Ötən il işğal altındakı Azərbaycan ərazilərində ölən erməni hərbçilərin sayı açıqlanıb
01.06.2020
"Parlamentimiz müharibə qərarı verməyə risk etmir..." - Qarabağ qazisi
01.06.2020
Atəşkəs yenə pozulub