Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6894

Digər sorğular

Ağdamlı gənc Baş leytenantın arzusu: “Aprel döyüşlərinin yenidən təkrar olunacağı günü gözləyirəm“

21:35  |    23 İyul 2018  |   E-mail  |  Çapa göndər

Qarşımda əyləşmiş, Qarabağ torpaqlarından, Qarabağ müharibəsindən, Qarabağ üçün canından-sağlamlığından keçən igidlərdən danışarkən gözləri alov kimi alışıb yanan bu gənci hazırki gəncliyimizin siması da hesab etmək olar.

Bir qarabağlı olaraq yurduna-elinə bağlı, kökünə-soyuna sadiqdi desək, yanılmarıq.

Elə isə sizi də Şamxal İmayılovla tanış edək ki, dediklərimizə sizin də şübhəniz olmasın.

Şamxal 1992-ci il iyun ayında Agdam rayonu Seyidli kəndində anadan olub. Cəmi bir il sonra -1993-də o cənnət yurdlarından ailəlikcə, ellikcə didərgin düşüblər. Həmin vaxtlar atası Zahir İsmayılov yerli batalyonların birində qızğın döyüşlərdə iştirak edir və elə o yerli batalyonların hesabına əhali döyüş xəttindən az itki ilə uzaqlaşdırılır. İsmayılovlar ailəsi də o dönəmdə bir çox qohum-əqrəbaları kimi paytaxta üz tutur. Xəzər rayonu , Mərdəkan qəsəbəsi,”Abşeron” sanatoriyasının korpuslarından birinə pənah gətirirlər. 1998-ci ildə elə burada 183 saylı tam orta məktəbin 1-ci sinifinə gedir. Şamxal 8-ci sinfi bitirdikdən sonra 2006-ci ildə hərbi təhsil almaq üçün sənədlərini Cəmsid Naxcivanski adina hərbi Liseyə təqdim edir, imtahanları müvəffəqiyyətlə verib kursant adı qazanır. Burda hərbin sirlərinə yiyələndikcə, bu peşəyə məhəbbəti birəmin artır. 2009-cu ildə hərbi liseyi bitirib, Heydər ƏLiyev adına Azərbaycan Ali Hərbi Məktəbin 1-ci kursuna daxil olur. 2012-ci ildə təcrübə qazanmaq üçün Mingəçevir N sayli hərbi hissədə əyani olaraq təlimlərə qatılır. 2013-cu ildə isə Şamxalın da , onun doğmalarının da həyatında ən sevincli illərdən biri kimi yadda qalır. O həm ali təhsili başa vuraraq diploma, həm də Azərbaycan Respublikasının Müdafiə Naziriliyinin muvafiq əmrinə əsasən "Leytenant" hərbi rutbəsinə layiq görülür. Elə həmin ildə Tovuz rayonunda yerləşən N sayli hərbi hissəyə general -mayor Mayis Berxudarovun sərəncamına göndərilir. 2013-cu ilin avqust ayinda Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində zabit kimi tehsil alır. 2014-cu iyul ayinin 25-də Qusarda , sonra isə-2016-ci ildə N saylı hərbi hissədə xususi təyinatli bölmədə hərbi xidmətini davam etdirir. Məlum və şərəfverici 4 günlük Aprel döyüşlərində göstərdiyi cəsurluğa, və numunəvi xidmtə gorə, komandanlığın Fəxri Fərmanı ilə təltif olunur. Oz istəyilə bu il yenidən cəbhə bölgəsinə-Fizuli rayonunda yerləşən N sayli hərbi hissəsinə təyinat alır.



“Ən böyük arzun nədir?” sualımıza atası Zahirin , dayısı şəhid leytenant Yavər Babayevin döyüş yolunu şərəflə davam etdirmək, qələbə bayrağını nəinki Ağdamda, eləcədə , Lacında, Şuşada, Xankəndidə yüksəltmək olduğunu vurğuladı:” "2016-cı ilin aprel döyüşləri Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı və Azərbaycan Ordusunun döyüş əzmini sübut etdi. Həmin zəfər nəticəsində qəhrəman Azərbaycan əsgəri düşmənə layiqli cavab verməklə yanaşı, işğal altında olan mühüm əhəmiyyətli yüksəklikləri və yaşayış məntəqələrini azad etdi. Uzun illərin ayrılığından sonra düşmən tapdağında olan torpaqlarımızın bir qismi tarixi sahibinə qovuşdu. Hər gün, hər saat aprel döyüşlərinin yenidən təkrar olunacağı günü gözləyirəm. Son qarış torpağımızı işğaldan azad etməyincə rahat dayanan deyilik. Qələbə mütləq bizim olacaq, çünki biz haqq uğrunda, ata-baba torpaqlarımız uğrunda döyüşürük, başqa heç kimsənin torpağında gözümüz yoxdur. Ali Baş Komandan lham Əliyevin bütün əmrini yerinə yetirməyə hazırıq!”



Azərbaycan gəncliyinin bir nümayəndəsini , vətənpərvər, peşəkar döyüşkən zabitimizin arzusuna bizdə qoşuluruq. O yurd yerlərində qələbə ilə bağlı yeni reportajlar yazmaq, müsahibələr almaq diləyi ilə kollektivimiz adından sizlərə uğurlar diləyirik!

Əntiqə RƏŞİD

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
"Rusiyanın Bakını cilovladığını düşünmək Ermənistan ordusuna təhqirdir..." - erməni nəşri
02.06.2020
Qarabağdan danışmaq yasaqlanır?..
01.06.2020
Ötən il işğal altındakı Azərbaycan ərazilərində ölən erməni hərbçilərin sayı açıqlanıb
01.06.2020
"Parlamentimiz müharibə qərarı verməyə risk etmir..." - Qarabağ qazisi
01.06.2020
Atəşkəs yenə pozulub