Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6481

Digər sorğular

Ağdamda “Murov Qartalı”nın ad günü qeyd olunub - FOTO - VİDEO

18:29  |    14 İyul 2018  |   E-mail  |  Çapa göndər


Ağdam rayonunda qəhrəman şəhidimiz Raquf Orucovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Qaziler.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Ağdam rayonunun Quzanlı qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində böyük şücaətlər göstərmiş qəhrəman şəhid qardaşımız, əfsanəvi komandir, “Murov Qartalı” Raquf Orucovun doğum günündə onun xatirəsinə həsr edilmiş anım tədbirində iştirak edib.

Tədbirdə Raquf Orucova həsr olunmuş “Ruhun həsrəti” filminin təqdimatı keçirilib və Raquf Orucovun xatirəsinə həsr olunan futbol turnirinin mükafatlandırma mərasimi olub.

Q.Paşayeva Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından ətraflı danışıb. Raquf Orucovun keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqdan söz açan millət vəkili onunla bağlı xatirələrini bölüşüb, ibrətamiz ömür yolunu gənc nəsil üçün əsl örnək adlandırıb.

Ali Baş Komandan, Prezident İlham Əliyevin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Q.Paşayeva böyüyən gənclərimizin qəhrəmanlarımızı tanıması üçün bu cür tədbirləri vacib sayıb.

Çıxışının sonunda millət vəkili R.Orucovun xatirəsinə həsr olunmuş növbəti tədbirləri Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad ediləcək Ağdamda qeyd etməyi arzulayıb.





Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.09.2019
Sabah Azərbaycanda 28 dərəcə isti olacaq
23.09.2019
Mənzil fırıldağına məruz qalan Qarabağ qazisi kömək istəyir
23.09.2019
Azərbaycana payız fəsli daxil olub
23.09.2019
Tovuz, Tərtər və Lökbatanda qaz olmayacaq
23.09.2019
Vurğun Əyyubun səhhəti ilə bağlı son durum