Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6441

Digər sorğular

Enerji fasiləsi və sui-qəsdlə əlaqədar çağırış edənlərlə bağlı - Qərar

00:33  |    10 İyul 2018  |   E-mail  |  Çapa göndər

Azərbaycanda yaranmış enerji fasiləsi və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar etdiyinə görə bir qrup şəxs saxlanılıb.

Azərbaycanda yaranmış enerji fasiləsi və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar etdiyinə görə bir qrup şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, 10 nəfər barəsində 30 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bunlar Bakı sakini, 1981-ci il təvəllüdlü Qurbanov Rabil Səlvər oğlu, Xırdalan şəhər sakini, 1959-cu il təvəllüdlü Ferazi Yaşar İbrahim oğlu, Tovuz rayon Aşağı Ayıblı kəndi sakini Əliyev Elxan Rüstəm oğlu (05.10.1982), Salyan rayon sakini Mehdiyev Aqil Səlamət oğlu (06.10.1985), Bakı sakini Rəhimov Əli Şahbala oğlu (05.03.1992), Tərtər rayon sakini Camalov Rəşad Şamil oğlu (14.09.1990), Lənkəran rayonu Cəgiran kəndi sakini Şıxəliyev Elsevən Akif oğlu (05.07.1991), Sumqayıt şəhər sakini Quliyev İlqar Humay oğlu (27.06.1980), Cəlilabad şəhər sakini Sadıqov Əfqan Hətəmxan oğlu (06.12.1976), Sumqayıt şəhər sakini Əliyev Rüfət Yaqub oğludur (31.05.1986).

Bu cür çağırışlar edən Balakən şəhər sakini Şirinov İlknur Adil oğlu (18.07.1991) 25 gün, Bərdə rayonu Qəhrəmanlı kənd sakini Kərimov Sədi Hüseyn oğlu (17.02.1983) 20 gün, Xırdalan şəhər sakini Hüseynli Babək Hümbət oğlu (22.08.1992) 10 gün, Neftçala şəhər sakini Həşimov Afiq Mirzəxan oğlu (10.02.1981) 10 gün müddətinə azadlıqdan məhrum edilib.

Salyan rayonu Yenikənd kənd sakini Səfərsoy Rza Əli oğlu (06.05.1976), Bakı sakini Qasımov Səbuhi Hafiz oğlu (26.06.1996) barəsində isə cinayət işi qaldırılıb, axtarış aparılır.

Ağsu rayonu Hacıqədirli kənd sakini Balayev Mahir Adəm oğlu (18.03.1981) isə qanunsuz çağırış etdikdən bir gün sonra başqa cinayət hadisəsi törətdiyi üçün artıq həbs olunub.

Eyni zamanda Ağdam rayonu Kəngərli kənd sakini Həsənov Bəhrəm Hüseyn oğlu (17.09.1987) və Bərdə rayonu Otuzikilər kənd sakini Rəhimov Orxan Oruc oğlu (07.03.1993) inzibati qaydada cərimə olunub. Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Bayramlı Səməd Elmin oğluna (14.07.1998) isə xəbərdarlıq edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.08.2019
Bakıda keçirilən oyunda Ermənistan bayrağı dalğalandırılmayıb - RƏSMİ
14.07.2019
Şəkidə 500 yaşlı Xan çinarın budağı qırılıb, xəsarət alanlar var - RƏSMİ
10.07.2019
Şəmkir şəhərində Fərman Salmanovun heykəli ucaldılacaq - SƏRƏNCAM
21.05.2019
Bakı Şəhər İcra Hakimiyyətindən “Torqovı”nın bağlanmasına rəsmi münasibət
18.05.2019
İcra başçısı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib