Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6526

Digər sorğular

Azərbaycan Ordusunun may addımının səbəbi... - Savelyev

20:33  |    02 İyul 2018  |   E-mail  |  Çapa göndər


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası, Avropa Şurası və Avropa Parlamentinin qərarları nəhayət həyata keçirilməlidir.

Bunu Trend-ə Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Dmitri Savelyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilmiş “Azərbaycan – Rusiyanın Cənubi Qafqazdakı yeganə müttəfiqi” konfransının yekunlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin qərarlarının reallaşdırılması üzrə səylərin intensivləşdirilməsi zəruri xarakter alıb:

“Müasir siyasi qeyri-sabitlik şəraitində həm Rusiya üçün, həm də Azərbaycan üçün ölkələr arasında əlaqələrin genişləndiriməsi və möhkəmləndirilməsi zərurətə çevrilib, çünki bizim dövlətlərimiz birlikdə Cənubi Qafqazda sülh və sabitliyi təmin etməyə qadirdir. Bu gün bütün regionda qeyri-sabitlik təhlükəsi yayan Ermənistanda baş vermiş hadisələr xüsusi aktuallıq kəsb edir”.

D.Savelyev vurğulayıb ki, Azərbaycan Rusiyanın strateji tərəfdaşı və bilavasitə qonşusudur, həmçinin Cənubi Qafqazın böyük və iqtisadi inkişaf etmiş dövlətidir.

Dövlət Dumasının rəsmisi əlavə edib ki, ATƏT-in Minsk Qrupunda məhz Rusiya Qarabağ problemini sülh yolu ilə həll etməyə səy göstərir, amma eyni zamanda Minsk Qrupunun digər üzvlərinin fəallığı təəssüf ki, kifayət qədər deyil:

“Beynəlxalq ictimaiyyət fəaliyyət göstərmədikcə Azərbaycan özü müəyyən addımlar atmaq məcburiyyətindədir. Biz hamımız 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndinin və onun ətrafındakı strateji yüksəkliklərin işğaldan azad edildiyinin şahidi olduq”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.10.2019
Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib
21.10.2019
ABŞ-ın Azərbaycandakı səfirliyi icazəsiz mitinqlə bağlı bəyanat YAYDI
21.10.2019
Qənirə Paşayeva Türkiyədə mükafata layiq görülüb - VIDEO
18.10.2019
Britaniya səfiri xalqımızı Azərbaycan dilində təbrik etdi
18.10.2019
Rusiya XİN-dən Azərbaycan xalqına təbrik - VİDEO