Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6592

Digər sorğular

Ankaradan Vaşinqtonu MƏYUS EDƏN BƏYANAT

23:58  |    29 İyun 2018  |   E-mail  |  Çapa göndər

Türkiyə tərəfi ABŞ-ın birtərəfli qaydada sanksiyalarına görə İranla ticarət əlaqələrini kəsməyəcək.

Türkiyənin “NTV” kanalının yaydığı məlumata görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyanat verib. O, ABŞ-ın İrana qarşı sanksiyaları birtərəfli qaydada tətbiq etdiyinə diqqət çəkib.

Nazirin sözlərinə görə əgər ABŞ birtərəfli qaydada qərarlar qəbul edirsə digər dövlətlərin də buna əməl etməli olmağı haqda qayda yoxdur: “Əgər ABŞ müstəqil surətdə qərarlar qəbul edirsə, bu, digər dövlətlərin də ona əməl etməli olduqlarını göstərmir. Misal üçün, ABŞ birtərəfli qaydada İranla razılaşmadan çıxıb. Amma Avropa Birliyi bunu etməyib. Digər dövlətlər İranla ticarəti kəsdiklərini söyləyə bilərlər, Türkiyə isə bu ölkə ilə ticarət əlaqələrini kəsməyəcək” – Çavuşoğlu bəyan edib. O, həmçinin İrandakı vəziyyətin pisləşməsinin regiona da təsirsiz ötüşməyəcəyini bildirib. Çavuşoğlu İranda xaosun hətta Avropa Birliyinə də pis təsir edəcəyini qeyd edib.

Qeyd edək ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp İranla imzalanmış nüvə razılaşmasından birtərəfli qaydada çıxdığını bəyan etdi. Bundan sonra ABŞ tərəfi nəinki razılaşma ilə aradan qaldırılmış sanksiyaların yenidən tətbiqini,həmçinin yeni sanksiyalar barədə də xəbərdarlıq edib.

Muxalifet.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.12.2019
İslahatların yaratdığı zərurət: yeni dönəm mediası
06.11.2019
Vətəni dilənməzlər, Vətəni savaşla alarlar, cənab dilənçilər...! - VİDEO
28.10.2019
Mediada islahat reallığı… və islahata dəstək populizmi
11.10.2019
Beynəlxalq şəraiti biz yaratmalıyıq...
07.02.2019
Millət vəkili Fazil Mustafa qazi baş redaktorun "cinayət işi" ilə bağlı fikir bildirdi...