Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6526

Digər sorğular

ASO, Əsəd və Rusiyanın YALANINI İFŞA ETDİ

22:57  |    28 İyun 2018  |   E-mail  |  Çapa göndər

Azad Suriya Ordusu (ASO), sosial mediada Əsəd gücləri ilə birlikdə Əl Nusra döyüşçülərinə qarşı birgə əməliyyat keçirdiyi iddialarını ifşa edərək, "Bütün qüvvələrimizi Əsədə qarşı birləşdirdik" açıqlaması ilə təkzib edib.

Suriyada, Əsəd rejimi və Azad Suriya Ordusu (ASO) qüvvələrinin, cənubdakı gərginliyi azaltma bölgəsinə hücum edən Əl Nusra Cəbhəsinə qarşı birgə hərəkət etdiyi iddiası, ASO tərəfindən yalanlanıb. ASO komandirləri, Əsəd rejimi ilə hər hansı bir anlaşmanın söz mövzusu olmadığını bildirərək, cənubda müxaliflərin nəzarətində olan 1 milyon əhalinin yaşadığı Dəraa şəhərində ASO birlikləri və Əsəd rejimi arasında şiddətli toqquşmalar baş verdiyini açıqlayıb.

ASO QRUPLARI ƏSƏDƏ QARŞI BİRLƏŞDİ

ASO nəzdindəki qrupların Dəraa və Kuneytra şəhərlərində Əsəd rejiminə qarşı birləşmə qərarı aldığı bildirilib. Dəraa cəbhəsinə ASO qoşunları sövq edilərkən, Rusiya və Suriya rejiminə aid döyüş təyyarələrinin hücumlarını artırdığı bildirilib. Dəraa bölgəsinə 2 həftədir hava əməliyyatları artarkən, 20 mindən çox əhalinin köç etdiyi və İordaniya sərhədinə üz tutduğu bildirilib. Deraadaki münaqişələrdə hər iki tərəfin ağır itkilər verdiyi, biri general-mayor olmaqla, 152 Əsəd əsgərinin öldürüldüyü bildirilib. Dəraanın Meliha bölgəsində ASO qoşunları tərəfindən Əsəd rejiminə məxsus döyüş təyyarəsinin vurularaq salındığı iddia edilib.

"BÖYÜK QRUP HÖKUMƏT TƏRƏFİNƏ KEÇDİ” YALANI

Rusiyanın Suriyadakı tərəfləri uzlaşdırma mərkəzindən bildiriblər ki, "22 iyunda Rusiyanın Suriyadakı tərəfləri uzlaşdırma mərkəzi və Suriya hökumət rəsmilərinin cənubdakı gərginliyi azaltma bölgəsində ASO komandirləri ilə apardıqları danışıqlardan sonra Tacamaua al Viyat al-Umari adlı böyük qrupun lideri Vejdi əbu Slesin, Suriya hökumətinin tərəfinə keçdiyi bəyan edilmişdi.

Müxalifət.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.10.2019
Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib
21.10.2019
ABŞ-ın Azərbaycandakı səfirliyi icazəsiz mitinqlə bağlı bəyanat YAYDI
21.10.2019
Qənirə Paşayeva Türkiyədə mükafata layiq görülüb - VIDEO
18.10.2019
Britaniya səfiri xalqımızı Azərbaycan dilində təbrik etdi
18.10.2019
Rusiya XİN-dən Azərbaycan xalqına təbrik - VİDEO