Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6397

Digər sorğular

Trampın “əsrin müqaviləsi” adlandırdığı İŞĞAL PLANININ DETALLARI BƏLLİ OLDU

00:40  |    29 İyun 2018  |   E-mail  |  Çapa göndər

ABŞ prezidenti Donald Trampın, İsrailin Fələstini tamamilə işğal etməsinə yarayacaq "əsrin müqaviləsi" kimi səciyyələndirdiyi planın detalları ortaya çıxıb.

Misirli mənbələr, Vaşinqton və Qahirə rəhbərliklərinin, Misirin Sina bölgəsində Fələstinlilər üçün yeni bir yaşayış məntəqəsi qurmaq üzrə razılaşdığını bildirib.

“The New Arab” xəbər saytına danışan Misirli diplomatik mənbələr, Vaşinqton və Qahirə rəhbərliklərinin, Misirin Sina bölgəsində Fələstinlilər üçün yeni bir yaşayış məntəqəsi qurmaq üzrə razılaşdığını bildirib. İsrail rəhbərliyi, Fələstinin Qəzza bölgəsinin Sinaya doğru genişləndirilməsini təmin edəcək planı dəstəkləyərək bölgənin gələcəkdə Fələstin dövləti olaraq dəyişdirilməsini tələb edir.

KÖRFƏZDƏN 3 MİLYARD DOLLAR

Trampın kürəkəni və müşaviri Jared Kuşner və Orta Şərq Xüsusi Nümayəndəsi Jason Greenblattin Qahirə səfəri zamanı üzərində anlaşdığı plana görə, bölgəyə hava və dəniz limanları, ticarət zonası və elektrik stansiyası də qurulacaq. Regionda həyata keçiriləcək layihələrin Qəzza xalqına xidmət edəcəyi, ancaq idarəetmənin tamamilə Misirdə olacağı bildirilir.
Elektrik stansiyasının maliyyə xərclərini Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qarşılayacağı və 500 milyon dollar ödəniş etməyi qəbul etdiyi ifadə edilir. Misirli mənbələr, planın, tarixən Misirin ən kasıb və ən çox laqeydlik göstərilən regionlarından biri olan Sinanın iqtisadi cəhətdən böyüyəcəyini nəzərə alaraq Qahirə rəhbərliyi tərəfindən razılıqla qarşılandığını söyləyib.
Misirli rəsmiləri planın sonrakı mərhələsində, Səudiyyə Ərəbistanının Sina sərhədində planlaşdırdığı NEOM layihəsi ilə birlikdə regionun mənzərəsini dəyişdirəcəyinə inanır.
Qeyd edək ki, Misirli və Ərəb diplomatik mənbələr, “The New Arab”-a daha əvvəl də verdikləri açıqlamada, Körfəz ölkələrinin Trampın planına ilk mərhələdə 3 milyard dollar vəsait ödədiyini bildirmişdi.

Müxalifət.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.07.2019
Azərbaycan və Gürcüstanın Əfqanıstan döyüşçüləri bəyanat verdi - Keşikçidağla bağlı
19.07.2019
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul edib
19.07.2019
Qənirə Paşayeva Namibiyanın baş naziri ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb
19.07.2019
Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırılıb
19.07.2019
Keşikçidağı ilə bağlı Tiflis və Bakıdan maraqlı təkliflər