Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6518

Digər sorğular

Azərbaycan “Leopard” tanklarının istehsalçısı ilə danışıqlar aparır - Sensasion İDDİA

19:53  |    28 İyun 2018  |   E-mail  |  Çapa göndər


Almaniyanın “Rheinmetall” (“Reynmetall”) hərbi sənaye korporasiyası Azərbaycanla əməkdaşlıq barədə danışıqlar apardığını elan edib.

Virtualaz.org “Reuters”ə istinadən xəbər verir ki, Düsseldrofda mənzillənmiş şirkət bu barədə ötən gün iyunun 27-də bildirib.

“Biz Azərbaycanla biznes imkanlarını araşdırırıq. Hər iki tərəf əməkdaşlıq imkanlarını araşdırmaq niyyətini elan edib”-şirkət bildirib.

Agentlik xatırladır ki, Ermənistanla olan münaqişəyə görə Azərbaycana 20 ildən çoxdur Almaniya silah embarqosu tətbiq edib. “Reynmetall” isə bildirir ki, Azərbaycanla istənilən sövdələşmə silah təchizatına qoyulmuş embarqoya və ya ixrac nəzarətinə mane olmayacaq.

“Əməkdaşlıq barədə razılaşmada birbaşa deyilir ki, ancaq embarqo qaydalarının təsiri altına düşməyən xidmətlər və avadanlıqlar təchiz ediləcək”-şirkət bildirir.

“Reynmetall” korporasiyası müxtəlif tipli ağır və yüngül zirehli döyüş texnikası, iriçaplı artilleriya sistemləri, minaatanlar və müxtəlif digər silahlar istehsal edir. Əfsanəvi “Lepopard” tankları da bu şirkət tərəfindən istehsal olunur.

Qeyd edək ki, Azərbaycan silahlanmada şaxələndirmə siyasəti yürüdür və sərt silah embarqosuna baxmayaraq son illər bəzi Avropa ölkələri ilə əməkdaşlıq yarada bilib. Azərbaycanın Çexiya istehsalı olan və İsraildə modernləşdirilmiş “Dana” özüyeriyən qaubitsalarını və “Vampir” reaktiv yaylım atəşi komplekslərini alması Ermənistanda şok yaratmışdı. Habelə Azərbaycan İtaliyanın hərbi-sənaye korporasiyası, geniş çeşiddə müasir silah sistemləri istehsal edən “Leonardo” şirkəti ilə yüksək səviyyədə əməkdaşlıq qurub və danışıqlar aparır. Bu günlərdə isə Azərbaycanın Hərbi Hava Qüvvələrinin silahlanmasına Amerika istehsalı olan “Bell-412” hərbi-nəqliyyat vertolyotlarının daxil olması ermənilər üçün daha bir pis sürpriz olmuşdu.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.10.2019
Prezident İlham Əliyev Saleh Məmmədovu qəbul edib
16.10.2019
Türkdilli dövlətlərin Bakı zirvəsində mühüm mesajlar
15.10.2019
Bakıda Nazarbayevə Türk Dünyasının Ali Ordeni verilib
15.10.2019
Nazarbayevdən Bakıda möhtəşəm təklif
15.10.2019
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə yekun vurulub - YENİLƏNİB-2