Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6592

Digər sorğular

“Azərbaycan bu silahları parad üçün almır...” - Ermənistanda həyəcan

16:00  |    28 İyun 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycan ordusunun yaranmasının 100 illiyi münasibətilə Bakıda iyunun 26-da keçirilmiş hərbi parad Ermənistanın ekspert çevrələrində ciddi təşviş yaradıb.

Virtualaz.org xəbər verir ki, erməni ekspertlər üçün xüsusən SOM-1 qanadlı raketi xoşagəlməz sürpriz olub.

“Ermənistanın hərbi sənaye kompleksi” bloqunun aparıcısı Samvel Aqbabyan deyir ki, Azərbaycan milyardlarla dolları müasir silahlara və hərbi texnikaya parad üçün xərcləmir. Bu silahlar Qarabağ probleminin hərbi yolla həll edilməsi üçün alınır.

Aqbabyana görə Azərbaycanın operativ-taktiki və tank əleyhin raket kompleksləri, raket-artilleriya silahları və zərbə dronları Ermənistan və Dağlıq Qarabağ üçün xüsusi təhlükəsizlik təhdidi yaradır.

“Bu silahlar yüksək texnologiyalara əsaslandığına və uzaq məsafədən hədəfləri vurduğuna görə Azərbaycan silahlı qüvvələrinə imkan verəcək ki, birbaşa atəş təmasına girmədən effektiv hərbi əməliyyatlar aparsın”-Aqbabyan “Kavkazskiy uzel” portalına açıqlamasında deyib.

Erməni ekspert xüsusən diqqəti Bakıdakı paradda ilk dəfə nümayiş etdirilmiş SOM-B1 aviasiya operativ-taktiki raketinə cəlb edib. “Hələlik bu raketin Azərbaycan HHQ-nin hansı aviasiya platformasından tətbiq ediləcəyi aydın deyil. MiQ-29 və Su-25 qrıcıları, döyüş təyyarələri mənə məlum olduğu qədər SOM-B1 raketləri üçün uyğunlaşdırılmayıb. Amma belə hesab etməyə əsas var ki, Azərbaycanın Su-25 döyüş təyyarələri Türkiyədə SOM-B1 qanadlı raketlərini daşımaq üçün modernləşdirilib”-erməni ekspert deyib.

Samvel Aqbabyana görə Qarabağda erməni qüvvələri optik videomüşahidə sistemləri ilə təmin olunduğu üçün 2016-cı ilin aprelində olduğu kimi qəfil hərbi əməliyyatlar ehtimalı azdır. Ona görə də demək olar ki, irimiqyaslı müharibə yetişir və bu müharibə kütləvi raket-artilleriya, aviasiya zərbələri ilə müşaiyət olunacaq.

Digər hərbi analitik Leonid Nersisyan isə deyib ki, Bakıda SOM-1B raketinin nümayiş etdirilməsi Ermənistan üçün “xoşagəlməz xəbər” oldu. Çünki bütün qalan silahlar paraddan əvvəl nümayiş etdirilmişdi.

“250 kilometr mənzilli qanadlı raket, üstəlik olduqca aşağı hündürlükdən uçan raket Ermənistan üçün xoşagəlməz xəbər oldu. HHM sistemi bu cür hədəflərlə mübarizə apara bilər, amma bu sadə məsələ deyil. Bunun üçün radiolokasiya stansiyalarının geniş şəbəkəsi və zenit-raket komplekslərinin heyətlərinin yüksək peşəkarlığı gərəkdir. Ancaq belə raketlərdən ancaq ən prioritet hədəfləri qoruyacaqlar”-ekspert deyib.

Virtualaz.org
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.12.2019
ATƏT-in Minsk Qrupu ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayıb
05.12.2019
Azərbaycan XİN başçısı: “Mnatsakanyan Helsinki Yekun Aktını bir də oxusun”
04.12.2019
Bratislavada Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş başlayıb
04.12.2019
Lavrovun Ermənistanla Azərbaycanı “kiçik addımlarla” yaxınlaşdırma planı
04.12.2019
Türkiyə Xarici İşlər Nazirliyi Paşinyana cavab verib