Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6526

Digər sorğular

İrəvan təşvişdə: Ərdoğan Putini razı salır...

00:59  |    28 İyun 2018  |   E-mail  |  Çapa göndər

Ərdoğanın zəfəri təkcə Qərb üçün deyil, eyni zamanda Ermənistan üçün pis xəbərdir. Bunun ən vacib səbəbi isə Türkiyənin Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləməsidir.

Bu sözləri “Sputnik” agentliyinə Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbə qazanmasını şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov deyib.

Mixaylovun sözlərinə görə, Ermənistan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın diplomatiya yolu ilə Rusiyaya nüfuz etməsi və Moskvanı Dağlıq Qarabağ məsələsində Azərbaycanın tərəfinə çəkməsindən narahatlıq keçirir.

“Bütün beynəlxalq ictimaiyyət Türkiyədəki prezident seçkilərini narahatlıqla gözlədi. Ərdoğanın seçkiləri mütləq şəkildə uduzacağı iddia olunan informasiya kirliliyi səbəbi ilə gərginlik daha da artdı. Türk liderin əleyhdarları Türkiyənin qeyri-müəyyənlik və siyasi xaos yoluna qədəm qoyacağı fikrini müdafiə etdi. Bunu xüsusilə müstəqil qərarlar qəbul edən böyük, regional və müsəlman bir ölkəyə qarşı çıxan Avropa Birliyi və ABŞ istədi. Ancaq bir fəlakət yaşanmadı və türk xalqı Ərdoğana və onun siyasi xəttinə inamını təsdiqlədi”, - ekspert bildirib.

Ekspertin fikrincə Rusiya Prezidenti Vladimir Putinin seçkilərdən sonra Ərdoğanı təbrik edən ilk liderlərdən biri olması təsadüfi deyil.

“Rusiya və Türkiyə həm tarixi, həm də siyasi baxımdan bir çox ortaq nöqtəyə sahibdir. İki ölkə qarşıdakı illərdə beynəlxalq arenada əməkdaşlığı daha da inkişaf etdirə bilər və bir çox problem qarşısında koordinasiyalı şəkildə hərəkət edə bilər”, - ekspert əlavə edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.10.2019
Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib
21.10.2019
ABŞ-ın Azərbaycandakı səfirliyi icazəsiz mitinqlə bağlı bəyanat YAYDI
21.10.2019
Qənirə Paşayeva Türkiyədə mükafata layiq görülüb - VIDEO
18.10.2019
Britaniya səfiri xalqımızı Azərbaycan dilində təbrik etdi
18.10.2019
Rusiya XİN-dən Azərbaycan xalqına təbrik - VİDEO