Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Azərbaycanda millət vəkili vəfat etdi

14:10  |    19 İyun 2018  |   E-mail  |  Çapa göndər


Naxçıvan Müəllimlər İnstitunun rektoru, pedeqogika üzrə elmlər doktoru, Əməkdar elm xadimi Oruc Həsənli uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qaziler.az-ın "Report"a istinadən məlumatına görə, 1950-ci il avqustun 15-də Şərur rayonunun Ələkli kəndində anadan olan Oruc Həsənli ölkəmizdə pedeqoji kadrların hazırlanmasında mühüm xidmətlər göstərib. AMEA-nın müxbir üzvü olan professor O.Həsənli 200-dən artıq elmi əsər, kitab və monoqrafiyanın müəllifi kimi də tanınır.

2010-cu ildən Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsində çalışan alim həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü olub.

Oruc Həsənli Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
Vilayət Eyvazov tapşırıq verdi: "Onlar həbs olunacaq"
17.09.2019
Bakı Mətbuat Klubunun saytı açıldı, özü də açılacaq - TƏQDİMAT
17.09.2019
Hava yağmursuz olacaq
17.09.2019
Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib
17.09.2019
General: “Ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdi”