Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Bakının bir sıra mərkəzi yolları bağlanacaq - Parada görə

15:39  |    19 İyun 2018  |   E-mail  |  Çapa göndər


26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü münasibətilə keçiriləcək hərbi paradın təlim-məşqlərinə hazırlıq məqsədilə paytaxtın bəzi yerlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, təlim-məşqlə əlaqədar olaraq, iyunun 24-dən etibarən paytaxtın Neftçilər prospekti boyu Azadlıq meydanı istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Yəni avtomobillərin hərəkəti Üzeyir Hacıbəyov küçəsi ilə hərəkətin əksinə olaraq Cavanşir körpüsündən keçməklə Yusif Səfərov küçəsi istiqamətinə müəyyənləşdirilir.

Həmçinin Azadlq prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən hərəkət yalnız sağa - Rəşid Behbudov küçəsi istiqamətinə, eləcə də Puşkin, Üzeyir Hacıbəyov küçələri kəsişməsindən hərəkət sağa - Azadlıq prospekti istiqamətində, eyni zamanda Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə sola, yəni 28 May küçəsi istiqamətində müəyyənləşdirilir.

Sürücülərə qeyd edilən istiqamət üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi və ictimai nəqliyyata üstünlük vermələri tövsiyə olunur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
Vilayət Eyvazov tapşırıq verdi: "Onlar həbs olunacaq"
17.09.2019
Bakı Mətbuat Klubunun saytı açıldı, özü də açılacaq - TƏQDİMAT
17.09.2019
Hava yağmursuz olacaq
17.09.2019
Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib
17.09.2019
General: “Ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdi”