Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6660

Digər sorğular

Parada hazırlıq: Bakıda məşqlər başladı

01:57  |    19 İyun 2018  |   E-mail  |  Çapa göndər

İyunun 26-da Bakı şəhərində keçiriləcək hərbi paradda iştirak edən şəxsi heyətin paytaxtın "Azadlıq” meydanında məşqləri başlayıb.

Azeridefence.com xəbər verir ki, bu gün səhər saatlarında şəxsi heyət "Azadlıq” meydanına gətirilib. Hazırlıq məşqlərində müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin rəhbərliyi iştirak edib.

Bununla əlaqədar bir neçə saat ərzində "Neftçilər” prospektindən "Azadlıq” meydanı istiqamətində nəqliyyatın hərəkəti dayandırılıb. Hava şəraitinin küləkli olması səbəbindən hərbi aviasiyanın səhər saatlarına planlaşdırılan uçuşları təxirə salınıb.

Paradda Silahlı Qüvvələrin şəxsi heyətini Baş Qərargah rəisinin müavini, general-mayor Ayaz Həsənov keçirəcək. Quru Qoşunlarının ordu birliklərinin şəxsi heyəti isə general-mayor Hikmət Həsənovun, Xüsusi Təyinatlı Qüvvələr isə bu qoşunların komandanı general-mayor Hikmət Mirzəyevin rəhbərliyi altında keçid edəcək.

Hərbi paradda Müdafiə Nazirliyi ilə yanaşı Dövlət Sərhəd Xidmətinin, DİN Daxili Qoşunlarının, Dövlət Təhlükəsizlik Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının bölmələri də keçid edəcəklər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.01.2020
“Azəriqaz”da xüsusi rejim tətbiq olunacaq
23.01.2020
Prezident İlham Əliyev Vaqif Şadlinskini təltif edib
23.01.2020
Tanınmış teleaparıcı ailə qurdu
23.01.2020
“Azəriqaz” rəhbərliyi şimal bölgəsində vətəndaşları qəbul edəcək
23.01.2020
Qar yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ