Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Azərbaycanda Ramazan bayramı qeyd olunur

14:20  |    15 İyun 2018  |   E-mail  |  Çapa göndər

Azərbaycanda bu gün və sabah Ramazan bayramı qeyd olunur.

Qaziler.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2018-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən Miladi tarixlə may ayının 17-nə təsadüf edib və Ay göründüyü andan Ramazani-şərif başlayıb.

Hər il olduğu kimi, bu il də QMİ AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Fətvasında bildirilir ki, Eydül-Fitr - Ramazan bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyunun 15-nə təsadüf edir.

Nazirlər Kabinetinin qərarına əsasən, 2018-ci ildə Ramazan bayramı iyunun 15 və 16-da qeyd olunur.

Qeyd edək ki, bu il Ramazan bayramı və Milli Qurtuluş Günü eyni günə təsadüf etdiyindən əlavə qeyri-iş günü olacaq. 15 iyun - Milli Qurtuluş Günü, 15-16 iyun Ramazan bayramıına görə qeyri-iş günüdür. İki bayram eyni günə təsadüf etdiyindən şənbə və bazar günləri də daxil olmaqla 5 gün (15, 16, 17, 18 və 19 iyun) qeyri-iş günüdür.

“Qarabağ qaziləri”, “Vətən Müharibəsi Əlilləri” birlikləri, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına inkişaf fondunun və QAZİLER.AZ saytının rəhbərliyi Azərbaycan xalqını, o cümlədən Şəhid ailələrini, Qarabağ qazilərini və müharibə veteranlarını Ramazan bayramı münasibəti ilə təbrik edir, onlara bol-bol ruzi, bərəkət, uzun ömür və can sağlığı arzulayır!
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Fədayə Laçının məhkəməsi 10-cu dəfə təxirə düşüb
16.09.2019
Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
16.09.2019
Qubada vergi islahatları mövzusunda maarifləndirmə tədbiri keçirilib
16.09.2019
Yardımlıda tunc-ilk dəmir dövrünə aid yeni kurqanlar aşkar edilib
16.09.2019
Azərbaycanın bir sıra rayonunda qaz təchizatı dayandırılacaq