Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6709

Digər sorğular

21 notariusun fəaliyyətinə xitam verilib

03:48  |    13 İyun 2018  |   E-mail  |  Çapa göndər

Ədliyyə Nazirliyində nazir müavini Toğrul Musayevin yeni təyin olunan notariuslarla görüşü olub.

Nazirliyin mətbuat xidmətindən Moderator.az-a verilən xəbərə görə, görüşdə dövlət başçısının andiçmə mərasimində proqram xarakterli nitqindən irəli gələn vəzifələr və verdiyi tapşırıqlar diqqətə çatdırılaraq işin müasir tələblər səviyyəsində qurulması, texnoloji yeniliklərin daim mənimsənilməsi, insanlara keyfiyyətli hüquqi xidmətin göstərilməsi vurğulanıb.

Bildirilib ki, ötən dövrdə bir sıra notariuslara işindəki qüsurlara görə xəbərdarlıq edildiyi, fəaliyyətində yol verdiyi ciddi nöqsanlara, habelə müsahibələrdə müvafiq bilik nümayiş etdirə bilmədiklərinə görə 21 nəfərin fəaliyyətinə xitam verildiyi qeyd olunaraq yeni notariuslara xidməti vəzifələrini layiqincə yerinə yetirmələri, etik davranış qaydalarına dönmədən əməl olunmaları barədə tövsiyə və tapşırıqlar verilib, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına əminlik ifadə olunub.

Sonda notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamələr təqdim edilib. Notariuslar nazirlikdə Heydər Əliyev muzeyi və Ədliyyə tarixi muzeyi ilə tanış olublar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.02.2020
Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri başa çatıb
21.02.2020
Prezident İlham Əliyev Roma şəhərinin meri ilə görüşüb
21.02.2020
Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub
08.01.2020
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyin olunub
07.01.2020
Tovuzda azyaşlı qızın qətli ilə bağlı cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri keçirilir - RƏSMİ