Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6395

Digər sorğular

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aİ ekspertləri ilə görüş olub

18:17  |    12 İyun 2018  |   E-mail  |  Çapa göndər


Əmək bazarına yönəlik peşə təhsili və təlimi sistemlərinin gücləndirilməsi məsələləri müzakirə olunub

Qaziler.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının (Aİ) Məşğulluq üçün təhsil proqramının ekspertləri ilə görüş olub. Görüşdə ölkəmizdə əmək bazarına yönəlik peşə təhsili və təlim sistemlərinin gücləndirilməsi, bu sahədə qeyd olunan proqramla əlaqələndirmə mexanizmlərinin qurulması məsələləri müzakirə olunub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli milli iqtisadiyyatda dinamik inkişafın davam etməsi, innovativ meyillərin güclənməsi, əmək bazarında rəqabətədavamlı peşələr üzrə işçi qüvvəsinə tələbin artması şəraitində peşə təhsili və təlimi sistemlərinin bu proseslərə uyğunlaşdırılmasının vacib hədəflərdən olduğunu qeyd edib. Nazir müavini vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin ölkədə əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında inkişaf etdirilməsi mühüm məqsəd kimi əksini tapır.
M.Kərimli bu istiqamətdə, habelə peşə təhsili və hazırlığı sisteminin keyfiyyətinin yüksəldilməsi, institusional strukturunun inkişaf etdirilməsi üçün qabaqcıl beynəlxalq təcrübə əsasında ölkəmizdə aparılan işlər barədə məlumat verib. O həmçinin əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən edilməsi və kadr tələbatının proqnozlaşdırılması üçün təkmil sistemin, eləcə də Avropa Təlim Fondunun ekspert dəstəyi ilə Əmək bazarının monitorinqi və proqnozlaşdırılması üzrə Milli Observatoriyanın yaradılması işlərinin davam etdirildiyini bildirib.

Nazir müavini qeyd olunan sahələrdə Aİ-nin Məşğulluq üçün təhsil proqramı ilə əlaqəli fəaliyyətin təşkil edilməsinin əhəmiyyətini, bu sahədə əməkdaşlığın peşə təhsili və təliminin əmək bazarına uyğun qurulması və keyfiyyətinin artırılmasında dəyərli dəstək ola biləcəyini diqqətə çatdırıb.

Eyni zamanda, peşə standartlarının hazırlanması, işsiz və işaxtaran şəxslərin peşə hazırlığının təşkili, əmək bazarına daxil olmağa hazırlaşan gənc işçi qüvvəsinin düzgün peşə yönümünün, təhsil və karyera seçiminin dəstəklənməsi yönündə görülən tədbirlər, məşğulluq xidmətlərinin təkmilləşdirilməsi üçün həyata keçirilən islahatlar diqqətə çatdırılıb.

Aİ-nin eksperti A.Castiss Azərbaycanda əmək bazarına yönəlik peşə təhsili və təlim sistemlərinin gücləndirilməsi məqsədilə aparılan işləri dəstəklədiklərini, peşə təhsili və hazırlığı sektoru ilə məşğulluq sektoru arasında əməkdaşlığın gücləndirilməsinin Məşğulluq üçün təhsil proqramının vacib hədəfi olduğunu vurğulayıb.

Görüşdə müvafiq sahədə fəaliyyətin proqramla əlaqəli həyata keçirilməsi, bu sahədə dəstəyin göstərilməsi, Azərbaycanda Məşğulluq üçün Təhsil Proqramı üzrə İlkin Fəaliyyət Sənədinin (2018-2020-ci illər) hazırlanması və s. məsələlərə dair müzakirələr aparılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.07.2019
Nazirliyin təltif edilmiş əməkdaşlarına medallar təqdim olunub
17.07.2019
Səhiyyə Nazirliyi Şəkidə xəsarət alanların son durumunu açıqlayıb
16.07.2019
Qeyri-qanuni olaraq işdən azad edilən 77 işçi əvvəlki işinə bərpa olunub
16.07.2019
Azərbaycanda ilk dəfə - “Onlayn könüllü
16.07.2019
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib