Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6482

Digər sorğular

“Çağırsalar da, getmərəm” - Faiq Sücəddinov telekanallardan gileyləndi

18:00  |    08 İyun 2018  |   E-mail  |  Çapa göndər


Bir çox bəstəkarlardan fərqli olaraq, xalq artisti, tanınmış bəstəkar Faiq Sücəddinov mahnılarını satmadığını bildirib.

Qaziler.az yenicag.az-a istinadən məlumat verir ki, bəstəkar gileylənib:

“Mahnılarımı satmıram, məni dövlət saxlayır. Bununla belə, hesab edirəm ki, musiqilərim “Youtube” və digər kanallarda, eləcə də konsertlərdə ifa olunan zaman əldə olunan qazancdan müəllifə qonorar ödənməlidir. Təkcə elə “Kaman” mahnım 15 milyon izləmə rekordu qırıb. Hər halda, müəllif də buna görə qazanc əldə etməlidir, təbii ki, zəhmətinin bəhrəsi olaraq. Həmin mahnıların müəlliflik hüququ qorunmalıdır”.

F. Sücəddinov son vaxtlar efirlərdə görünməməsinə də aydınlıq gətirib:

“Başım yaradıcılıq işlərinə qarışıb. Efirlərdə yoxam. Qalmaqal edən o verilişlərə heç baxmıram, çünki mənim üçün maraqsızdır. Heç o verilişlərə çağırsalar da, getmirəm. Onlardan mənə sual verməyin. Onlar bilir kimi çağırmaq lazımdır. Verilişdə mövzu, dialoq, tərəf müqabili olmalıdır. Get, səni televizorda göstərsinlər, bu, mənlik deyil. Uşaq deyiləm ki, hər verilişə çıxım. Vaxtımı daha səmərəli işlərə sərf edirəm”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirilib
19.09.2019
Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi - VİDEO
18.09.2019
Stalinə mahnı oxutduran, Mircəfərə tabut daşıtdıran azərbaycanlı dahi – HƏYAT HEKAYƏTİ
18.09.2019
Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ
18.09.2019
Bu gün Milli Musiqi Günüdür