Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6711

Digər sorğular

Azərbaycan İrana elektrik enerjisinin ixracına başladı

00:39  |    02 İyun 2018  |   E-mail  |  Çapa göndər

Azərbaycan bu gündən İrana elektrik enerjisinin ixracına başlayıb.

Qaziler.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı məlumat verib. Onun sözlərinə görə, “Azərenerji” və “TAVANİR” şirkəti arasında imzalanan müqaviləyə əsasən bu gün saat 11:00 radələrindən “Azərenerji” ASC tərəfindən təcrid olunmuş ada rejimində pik gücü 80 MVt olmaqla, İranın Muğan və Astara bölgələrinə elektrik enerjisinin ixracına başlanılıb.

Qeyd edək ki, bu ilin aprelində “Azərenerji” ASC şirkəti ilə İranın Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti “TAVANİR” arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilə imzalanıb. Sənədi “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev və “TAVANİR” şirkətinin idarə heyətinin sədri A. Kordi imzalayıb.

Y.Babanlı Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birləşdirilməsi prosesinin həyata keçirilməsi üçün növbəti üçtərəfli görüşün tarixini də açıqlayıb. "Azərenerji" rəsmisi qeyd edib ki, aprelin 26-da Bakıda baş tutan görüşdə əldə edilən razılığa görə iyun ayın sonunadək Moskva şəhərində üç ölkənin İşçi Qrupunun növbəti iclasının keçirilməsi nəzərdə tutulub.

Bolqarıstana elektrik enerjisi satılması ilə bağlı danışıqlara gəlincə, Y.Babanlı bildirib ki, bununla əlaqədar "Azərenerji" tərəflər arasında danışıqları davam etdirmək qənaətindədir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.02.2020
Prezident İlham Əliyev Küveyt Əmirini təbrik edib
24.02.2020
Prezident FƏRMAN imzaladı
23.02.2020
Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri başa çatıb
21.02.2020
Prezident İlham Əliyev Roma şəhərinin meri ilə görüşüb
21.02.2020
Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub