Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6886

Digər sorğular

ABŞ-ın yeni dövlət katibi erməniləri məyus etdi

16:15  |    24 May 2018  |   E-mail  |  Çapa göndər


ABŞ Konqresinin xarici əlaqələr üzrə komitəsində ermənipərəst konqresmenlər qondarma "erməni soyqırımı" məsələsini müzakirəyə çıxarıblar.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün komitədə ABŞ Dövlət Departamentinin büdcəsi, əməliyyatları və xarici siyasət istiqamətindəki prioritetləri üzrə dinləmələrdə konqresmenlər David Sisillin və Bred Şerman dövlət katibi Mayk Pompeoya belə bir təzyiqedici sual ünvanlayıblar:

"ABŞ dövlət katibi olaraq, sizdən əvvəlki bir çox dövlət katiblərinin etmədiyini edərək, Birinci Dünya Müharibəsində Osmanlı imperiyasının erməni vətəndaşlarına qarşı törətdiyi soyqırımı tanıyacaqsınızmı? Hə, ya yox?"

Pompeonun cavabı isə belə olub: "Bu suala cavab verə bilməyəcəyəm. Mən cavabı bilmirəm. Bu məsələyə baxacağam".

Cavabla qane olmayan ermənipərəst konqresmen, xarici əlaqələr komitəsinin Respublikaçı üzvü Bred Şerman Pompeoya bir növ ultimatum verib. "Mən ümid edirəm ki, ABŞ Dövlət Departamenti "erməni soyqırımı" məsələsində heç olmasa ən azı neytral qalacaq. Konqres isə "erməni soyqırımı" məsələsini həll edəcək", -deyə Şerman vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp da ermənilərin gözləntilərinin əksinə olaraq, bu il aprelin 24-də "erməni soyqırımı" ifadəsini işlətməyib. Əvəzində Tramp, ermənilərin Osmanlı imperiyasından deportasiya edildiyini bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Rusiyanı yalnız belə dayandırmaq olar - Ukraynanın eks-prezidenti
29.05.2020
Türkiyədə koronavirusla bağlı son vəziyyət
29.05.2020
ABŞ-da kütləvi etirazlar şiddətlənib: Polis bölməsi ələ keçirildi, bina yandırıldı - FOTO
29.05.2020
Türkiyədə çimərlik mövsümü açılır - yeni qadağalar
29.05.2020
Ermənistanda hərbi polisə yeni əməkdaşlar rüşvətlə götürülür