Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6710

Digər sorğular

Şəhid hərbçinin təltif olunduğu medal ailəsinə təqdim olunub - FOTOLAR

17:30  |    23 May 2018  |   E-mail  |  Çapa göndər


Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən təxribatının qarşısını alarkən şəhid olan əsgər Adil Əli oğlu Tatarovun təltif olunduğu “Şücaətə görə” medalı ailəsinə təqdim edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, medalı bu gün, Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində şəhidin üç mərasimində Adil Tatarovun atası Əli Tatarova müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev təqdim edib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Adil Əli oğlu Tatarov mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən həlak olub.

Şəhid hərbçi anadan olduğu Ağstafa rayonunun Qıraq Kəsəmən kənd qəbiristanlığında dəfn olunub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə şəhid hərbçi “Şücaətə görə” medalı ilə təltif olunub.













Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.02.2020
Tibbi maskaların qiymətinin artımı ilə bağlı RƏSMİ AÇIQLAMA
24.02.2020
Məzahir Pənahovdan bülletenləri korlayanlar haqda sərt açıqlama
24.02.2020
Dövlət rəsmiləri İranla sərhəddə - Prezidentdən tapşırıq - FOTOLAR
24.02.2020
İmamverdi İsmayılovun seçildiyi dairədə 2 məntəqənin nəticələri ləğv edildi
24.02.2020
Hacı Şahindən çağırış: Ziyarətgahlara getməyin!