Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6895

Digər sorğular

Paşinyan xarici işlər nazirini Naxçıvanla sərhədə niyə göndərmişdi?

19:21  |    22 May 2018  |   E-mail  |  Çapa göndər


Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

Naxçıvanda atəşkəsin pozulmasından iki gün əvvəl Ermənistanın müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zöhrab Mnatsakanyan Ermənistan-Naxçıvan sərhədinə gəliblər.

Bəs müdafiə və xarici işlər nazirlərinin Ermənistan-Naxçıvan sərhədinə gəlməkdə məqsədləri nədir?

Niyə görə sərhəddə xarici işlər naziri göndərilib?

Modern.az xəbər verir ki, “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələylə bağlı bunları deyib.


“Onların gəlişinin məqsədi aydın idi. Azərbaycan prezidenti İlham Əliyev erməni nazirlərin sərhədə gəlişindən iki gün əvvəl Naxçıvanda olmuş və hərbi hissələrdən birində çıxışı zamanı düşməni darmadağın edəcək silahlara malik olduğumuzu söyləmişdi. Bu baxımdan Ermənistanın yeni baş naziri Nikol Paşinyanın buna cavab olaraq nazirlərini Naxçıvanla sərhəddə ona görə göndərib ki, ordakı ermənilərə və hərbçilərinə ürək-dirək versinlər. Bunlar aydındır”.

Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistan-Naxçıvan sərhədinə xarici işlər nazirinin gəlməsində də mütləq məqsəd var.


“Aydın olmayan odur ki, hərbi bölmələrə müdafiə naziri ilə yanaşı xarici işlər nazirini niyə göndərib? Xarici işlər nazirinin funksiyası başqadır axı. Görünür Paşinyan bu yolla xarici işlər nazirinin indidən barıt qoxusu almasını və bunu gələcək danışıqlara şamil etməsini istəyir. Robert Köçəryan və Serj Sərkisyanın dövründə Ermənistan xarici işlər nazirlərinin cəbhə bölgəsinə gəlmələrini xatırlamıram, heç bizim xarici işlər naziri Elmar Məmmədyarovun da təmas xəttində nə zaman olduğunu xatırlamıram”...
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.06.2020
Putinin nüvə silahlarından istifadəyə dair fərmanı açıqlandı – Tarixdə ilk dəfə
03.06.2020
Tramp Nyu-Yorka qoşun yeritməyə çağırdı
03.06.2020
ABŞ-da kütləvi iğtişaşlarda 11 nəfər ölüb
03.06.2020
Koronavirusa ən çox yoluxma və ölüm bu qitədədir - STATİSTİKA
03.06.2020
Pentaqon aksiyalara görə mindən çox hərbçi göndərdi