Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6879

Digər sorğular

Rusiya Avropanı Xəzərdəki raketlərlə hədələyir - Generalın etirafları

16:13  |    22 May 2018  |   E-mail  |  Çapa göndər


"NATO-nun heç bir generalı Rusiya ilə müharibə aparmaq istəmir"

AzVision.az xəbər verir ki, bunu NATO-nun Avropadakı birləşmiş hərbi qüvvələrinin keçmiş ali baş komandanı, ABŞ hərbi hava qüvvələrinin generalı Filip Bridlav Polşanın "Onet" nəşrinə açıqlamasında deyib.

Bridlavın fikrincə, Moskva Avropa paytaxtlarına belə bir dəqiq mesaj göndərib: “bizim Xəzər dənizindəki raketlərimiz Suriyayadək çatır, lazım olarsa, siz tərəfə də çatacaq.”

General, əlavə edib ki, “Rusiya öz səhvlərindən, məsələn, 10 il əvvəl Gürcüstanda baş verənlərdən tez dərs götürür”.

Bridlav, NATO-nun Rusiyadan 2 addım geridə qaldığına dair səslənən fikirləri də təkzib edib: “Bəli, Rusiya öz ordusunu çox çevik formada qruplaşdırmağa qadirdir. Amma düşünmürəm ki, qoşun növləri arasındakı qarşılıqlı əlaqə, hərbçilərin bacarığı, keçirilən təlimlərin diapazonu və s. NATO-dan daha yüksək səviyyədədir”.



ABŞ generalı hesab edir ki, NATO üçün gələcəkdə ən böyük çağırış müxtəlif üzv dövlətlərin müdafiə proqramlarının inteqrasiyası olacaq.

“Əgər əvvəllər alyansın üzvləri çağırışlara 30-40 gün ərzində reaksiya verə bilirdisə, indi bu müddət 5 günə endirilib. Amma bu, Rusiyanın bizə qarşı çağırışlarına cavab vermir”, - deyə Bridlav vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri, general Pyotr Pavel Rusiyanın Baltikyanı ölkələrə birbaşa təhdid olmadığını, lakin alyansın öz şərq qanadını qorumaq istiqamətində qətilik nümayiş etdirməyin vacibliyini bildirmişdi.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.05.2020
ÜST: Dünya koronavirusun ikinci pik həddi ilə qarşılaşa bilər
26.05.2020
Hər ötən gün 100 mindən çox insan koronavirusa yoluxur - STATİSTİKA
25.05.2020
“Liviyadakı türk dronları rusları və Haftarın digər tərəfdaşlarını utandırdı...” – “Vaşinqton Post"
25.05.2020
Çin bu ölkə ilə müharibəyə girəcək? - İDDİA
25.05.2020
Koronavirusa yoluxan Peskovla bağlı yeni xəbər