Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6609

Digər sorğular

İrəvanda aksiyalar: vətən xaini azadlığa çıxa bilər

19:18  |    21 May 2018  |   E-mail  |  Çapa göndər


Həbsdə olan erməni general, qondarma Dağlıq Qarabağın keçmiş Müdafiə naziri Samvel Babayanın tərəfdarları İrəvanda aksiyaları davam etdiriblər.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, etirazçılar Ermənistan Kassasiya Məhkəməsinin binasının qarşısına toplaşaraq, Babayanla bağlı qərara etiraz ediblər. Etirazlara Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin keçmiş müavini Gurqen Yeqiazaryan da qoşulub. Etirazçılar həmçinin Ermənistanın Baş Prokuroru Artur Davtyanın da istefasını istəyiblər.

Aksiyalara Yelk Blokunun deputatları da qoşulub. Bloku etiraz aksiyasında Sasun Mikayelyan və Ovik Aqazaryanın təmsil etdiyi bildirilib.

Qeyd edək ki, Babayan keçən ilin noyabrında 6 il azadlıqdan məhrum edilmişdi. O, Ermənistanda dövlət çevrilişinə cəhd etməkdə şübhəli bilinərək, 22 martda tutulmuşdu. Erməni general “İqla” raketlərinin Ermənistana keçirilməsində və Ermənistan Prezidenti Serj Sərkisyana qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilmişdi.

Babayan əslən Xankəndidəndir. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini təbliğ edən Miatsum hərəkatının üzvlərindən biri olub. Qarabağda azərbaycanlılara və ermənilərə qarşı xüsusi əməliyyatlarda iştirak edib. 1991-ci ilin iyununda həbs edildikdən sonra 6 ay müddətində Bakıda həbsdə saxlanılıb, sonradan azadlığa buraxılıb. Babayan Xocalı, Şuşa rayonların alınmasında yaxından iştirak edib. O, həmçinin 1994-cü ildə atəşkəs müqaviləsinə imza atanlardan biri olub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.12.2019
Türkiyə “Patriot” sistemləri almaq üçün ABŞ-a sorğu göndərib
14.12.2019
Rusiyada azərbaycanlılar arasında silahlı münaqişənin görüntüləri - VİDEO
14.12.2019
Ərdoğan Qənirə Paşayevanın şeirini OXUDU
14.12.2019
ABŞ-dan tarixi saxtakarlıq: anti - Türkiyə qərarına sərt cavab gecikmədi
13.12.2019
Türkiyə Parlamenti ABŞ Senatının “erməni soyqırımı” qərarını rədd edib