Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6892

Digər sorğular

Türkiyədə erməni əsilli deputat istintaqa çağırıldı

15:57  |    21 May 2018  |   E-mail  |  Çapa göndər


Professor Aygün Əttarın şikayəti əsasında Türkiyə Böyük Millət Məclisinin üzvü, erməni əsilli deputat Qaro Paylanın istintaqa çağırılması üçün ölkənin Ədliyyə Nazirliyi müvafiq qaydada icazə verib.

Bu barədə açıqlama verən Aygün Əttar bildirib ki, Qaro Paylanın deputat toxunulmazlığının götürülməsi üçün Ankara prokurorluğu tərəfindən müvafiq qaydada Türkiyə parlamentinə müraciət olunub. Aygün Əttar deyib: “Mənim şikayətin Türkiyə qanunlarına əsaslanır. Paylanı Türkiyə Prezidentinə qarşı həqarətdə, Türkiyə dövlətinə qarşı çıxmaqda ittiham edirəm”.

Bu, professor Aygün Əttar ilə HDP-li deputatların birinci hüquqi çəkişməsi deyil. HDP-nin keçmiş həmsədri, hazırda həbsdə olan Səlahəddin Dəmirdaş 2016-cı ilin aprel döyüşlərindən sonra Türkiyə Böyük Millət Məclisində Azərbaycan əleyhinə həqiqətə uyğun olmayan bəyanat verdiyi üçün Aygün Əttar ondan da Ankara prokurorluğuna şikayət edib. Hazırda onun Səlahəddin Dəmirdaşa qarşı irəli sürdüyü Türkiyə dövlətinə xəyanət ittihamı ilə şikayətinə də baxılmaqdadır.

Qeyd edək ki, PKK terror təşkilatının siyasi qanadı sayılan HDP-nin üzvü olan Qaro Paylan “erməni soyqırımı” məsələsi ilə bağlı Türkiyəyə qarşı aparılan beynəlxalq kampaniyanın ən fəal üzvlərindən biridir. Təsadüfi deyil ki, o, ermənilərin diaspor maraqlarını təmin etdiyi üçün və Türkiyəyə qarşı məqsədyönlü təxribatçı əməllərinə görə təcavüzkar Ermənistan tərəfindən qızıl medalla təltif olunub.(AzərTAc)
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.06.2020
Putindən Trampa mesaj - Rusiya hərbi bazalarını niyə gücləndirir?
01.06.2020
Xristian döyüş ustası İslamı qəbul etdi və müsəlman qızla evləndi…- FOTO
01.06.2020
Putinlə Tramp arasında - Kritik müzakirə
01.06.2020
Qarailan təşvişdə: PKK üçün böyük itki
01.06.2020
Nikol Paşinyan koronavirusa yoluxub