Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6436

Digər sorğular

Putinin Lavrov sevgisinin sirri

13:52  |    21 May 2018  |   E-mail  |  Çapa göndər


Onun yenidən vəzifədə saxlanması Qarabağ məsələsinə nə vəd edir?

Rusiya prezidenti Vladimir Putin ötən həftə yeni hökuməti formalaşdırdı. Köhnə nazirlər sırasında vəzifəsinə yenidən təyin olunanlardan biri xarici işlər naziri Sergey Lavrov oldu.

Qeyd edək ki, bir müddət öncə Sergey Lavrovun seçkilərdən sonra vəzifədən gedəcəyi xəbərləri yayılmışdı. Xəbərlərdə hətta bildirilirdi ki, o, yorulduğu üçün işindən getmək istəyir. Lakin prezident Vladimir Putinin inadlı xahişindən sonra prezident seçkisinədək vəzifədə qalmağa razılaşdığı bildirilir. Lakin Putin seçkidən sonra da onu vəzifəsində saxladı.

68 yaşlı Sergey Lavrov 14 ildir fasiləsiz olaraq, Rusiya kimi qüdrətli bir dövlətin xarici siyasət idarəsinə rəhbərlik edir. Onu, şübhəsiz, Putinə ən sədaqətli kadrlardan biri və bəlkə də birincisi saymaq olar. Yoxsa bu qədər müddətdə postunda qala bilməzdi. Amma təkcə Putinə sədaqət hesabınamı o, yüksək vəzifədə duruş gətirə bilib?

Erməni mənşəli Sergey Lavrovu Vladimir Putin üçün əvəzedilməz edən nədir ki, hətta özü vəzifədən getmək istəsə belə, Putin ondan vaz keçmir? Sergey Lavrovun xarici işlər naziri kimi bundan sonra da qalması Dağlıq Qarabağ danışıqlarına necə təsir göstərə bilər?

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Sergey Lavrov Putinin müəyyənləşdirdiyi xarici siyasət kursunu həyata keçirir, hansısa müstəsna hüquqlara, müstəqil siyasət yürütmək imkanlarına malik deyil: “Əgər Lavrovun fəaliyyətində bizi qane etməyən nələrsə varsa, bu, daha çox Rusiyanın mövcud xarici siyasət kursu ilə bağlıdır. Əgər Lavrov yenidən xarici işlər naziri vəzifəsinə təyin edilibsə, bu, o deməkdir ki, onun fəaliyyəti Vladimir Putini qane edir. Sergey Lavrovu sevməyə bilərik, amma onun yaxşı diplomat olmadığını, işinin öhdəsindən gəlmədiyini, Rusiyanın maraqlarına xidmət etmədiyini söyləmək üçün əsasımız yoxdur. Əslində Rusiyanın xarici siyasət idarəsinin başında kimin dayandığı bizi narahat etməməlidir. Biz münasibətlərimizi Rusiya dövləti ilə qururuq, Lavrovla yox. Mən təsəvvür edə bilmirəm ki, Sergey Lavrov Rusiyanın xarici siyasət kursu ilə bağlı müstəqil qərarlar verir, Kremlin Cənubi Qafqazdakı maraqlarının əleyhinə addım atır. Bu, sadəcə mümkün deyil”.

Politoloq Natiq Miri isə bildirdi ki, Lavrovu Putin üçün hələ də əvəzolunmaz edən faktorlardan biri onun dünya çapında tanınan diplomat olmasıdır: “Baxmyaraq ki, Lavrov rus deyil, erməni millətinə məxsusdur, diplomat kimi Rusiyada qəbul edilən siyasi fiqurdur. Putinin onu vəzifədə uzun müddət saxlamasında digər amillər də rol oynayır. Sergey Lavrov Rusiyadakı erməni lobbisinin ən əhəmiyyətli üzvlərindən biridir. Bu baxımdan məhz erməni lobbisinin təsiri və dəstəyi ilə Lavrov Rusiyanın xarici işlər naziri postuna sahiblənmək imkanı əldə edə bilib. Lavrovun vəzifədə qalması Cənubi Qafqazda Rusiyanın strateji müttəfiqi olan Ermənistanda Moskvanın təsir imkanlarını sabit saxlamağa əlavə imkanlar yaradır”.

Politoloq hesab edir ki, Lavrovun Rusiyanın xarici işlər naziri olaraq qalması Dağlıq Qarabağ pobleminin həlli məsələsində maneələrdən biridir: “Rusiya bu problemin həll olunmamış qalmasında maraqlıdır. Lavrov isə bu marağı çox yüksək səviyyədə həyata keçirir. Lavrovun nazir vəzifəsində qalması Dağlıq Qarabağ məsələsində bundan sonrakı mərhələdə Azərbaycan üçün çətinliklər yaradacaq. Çünki bu adam Ermənistanın maraqlarına uyğun olmayan qərarların verilməsinə dəfələrlə mane olub. Bundan sonra mane olmağa çalışacaq. Lavrov Dağlıq Qarabağ probleminin ədalətli həllinə imkan verməməyə çalışıb və bundan sonra da çalışacaq. Artıq Azərbaycan Rusiyadan Dağlıq Qarabağ probleminin ədalətli həllini gözləməməlidir. Azərbaycan özü bir proses yaratmaqla nəinki Lavrovu, bütövlükdə Rusiya hakimiyyətini vadar etməlidir ki, Qarabağ məsələsinin həllində maraqlı olsunlar. Azərbaycan onu da nəzərə almalıdır ki, Lavrov faktoru birinci dərəcəli məsələ deyil, Rusiyanın Azərbaycanı və Ermənistanı Dağlıq Qarabağ kartı ilə özündən asılı saxlamaq strategiyası var və Lavrov olmasa belə, bu strategiya mövcud olacaq. Lavrov sadəcə, bu strategiyanı problemin ermənilərin xeyrinə həll olunmasına xidmət etməsini istəyir”.

Politoloqun sözlərinə görə, əgər Rusiya və təbii ki, bu ölkənin prezidenti Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq üçün konkret hərəkətə keçmək istəyərsə, bunun qarşısını nəinki Lavrov və Rusiyadakı ermənipərəst dairələr, heç böyük güclər də ala bilməzlər.

Xatırladaq ki, Sergey Lavrov mənşəcə ermənidir və uşaqlıq dövründə soyadı Kələntəryan olub. Atasının erməni olduğunu Lavrov özü də dəfələrlə dilə gətirib və erməniləri sevdiyini deyib. Qarabağ məsələsi ilə bağlı açıqlamalarında da Ermənistanın xeyrinə olan açıqlamaları dəfələrlə onun dilindən eşitmişik. Məsələn, bir müddət öncə o bəyan etmişdi ki, Dağlıq Qarabağ problemi istisnasız olaraq Azərbaycanın daxili məsələsi deyil. Sergey Lavrov sıradan siyasətçi, deputat, politoloq, jurnalist deyil, o, Rusiya kimi nəhəng bir dövlətin xarici siyasət idarəsinə başçılıq edir. XİN rəhbəri olaraq Lavrov Rusiyada Qarabağ məsələsi ilə birbaşa məşğul olan ən yüksək rütbəli dövlət yetkilisidir. Onu nahaq yerə, Rusiyadakı ermənilərin “boz kardinal”ı adlandırmırlar.

Təsadüfi deyil ki, prezidenti İlham Əliyev bir müddət əvvəl Soçidə Putinlə təkbətək görüşü zamanı öncəliklə Lavrova işarə vuraraq, Rusiyada Azərbaycanla münasibətləri korlamağa çalışan qüvvələrin olduğunu demişdi.

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.08.2019
Ukraynanın paytaxtı köçürülə bilər
18.08.2019
ABŞ əsassız olaraq İranı neft tankerlərinə hücumlarda ittiham edir - İranlı general
18.08.2019
Futbola baxan “saqqallı” qızlar saxlanıldı
18.08.2019
Rus ekspert mitinqlərdən danışdı: Bir gün xalq anlayacaq ki...
18.08.2019
Kabildə toyda partlayış zamanı ölən və yaralananların sayı artıb - YENİLƏNİB