Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6596

Digər sorğular

Rusiyada “pomidor kralı” kimi tanınan azərbaycanlı biznesmen həbs edildi

18:29  |    20 May 2018  |   E-mail  |  Çapa göndər


Rusiya Federal Təhlükəsizlik Xidmətinin Moskva İdarəsinin əməkdaşları ötən həftə mayın 14-də Moskvaətrafı vilayətin Mıtişi şəhərində iri azərbaycanlı biznesmen, "pomidor kralı” kimi tanınan Vahid Novruzovu həbs edib.

Qaziler.az Virtualaz.org-a istinadən xəbər verir ki, bir neçə şirkətin sahibi və 20-dən çox biznes növü ilə məşğul olan Novruzov vəzifəli şəxsə rüşvət verməkdə ittiham olunur.

"Pomidor kralı” Vahid Novruzov Mıtişi şəhərindəki "Bakinskiy bulvar” restoranında heyrətdən donub qalmış azərbaycanlıların gözü qarşısında saxlanılıb. Saxlanılandan dərhal sonra Rusiya İstintaq Komitəsinin Mıtişi şöbəsi tərəfindən onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmədə vəsadət qaldırılıb. Məhkəmə vəsadəti təmin edib və Novruzovun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Vahid Novruzov Mıtişi şəhərində parakəndə meyvə-tərəvəz ticarətinə nəzarət edir, şəhərdə onun onlarla (hətta ola bilsin yüzlərlə) ixtisaslaşmış mağazaları, kafe və restoranları, avtoservisi və digər kommersiya obyektləri var. Novruzov bir neçə şirkətin sahibidir. Hüquqi şəxslərin qeydiyyatı Vahid Reyestrində göstərilir ki, Novruzov Vahid Məmməd oğlunun adına Mıtişi şəhərində fəaliyyət göstərən "H v M” MMC, "Real-Alfa” MMC və digər bir neçə şirkət qeydiyyatdadır. Sonuncu şirkət yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğuldur.

"Pomidor kralı” Novruzovun hansı vəzifəli şəxsi rüşvətlə ələ aldığı barədə məlumat yoxdur. Amma hüquq-mühafizə orqanlarındakı mənbələr deyiblər ki, Novruzovun şəhərdəki mağazalarının, parakəndə ticarət köşklərinin əksəriyyəti qanunsuzdur və onun biznesi illərdir yerli məmurlarla, o cümlədən yüksək vəzifəli polislərlə korrupsiya əlaqələri sayəsində çiçəklənib. Bildirilir ki, hazırda da iri ulduzlu paqonlular və ciddi vəzifələr tutan korrupsionerlər Novruzovun barəsində təhqiqatı əngəlləməyə çalışırlar.

Belə ki, Novruzovun yerli prokurorluq və polis orqanlarının rəhbərləri ilə sıx əlaqələri var. Və onun problemləri şəhər rəhbərliyinin dəyişməsindən və ticarətə cavabdeh olan məmurların yeniləri ilə əvəzlənməsindən sonra başlayıb. O da istisna deyil ki, Novruzovu sadəcə olaraq biznesini əlindən almaq üçün sıxışdırırlar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.12.2019
 İranda hərbçi üç polisi güllələyib
06.12.2019
Erməni həyasızlığı: “Western Armenia” Türkiyə torpaqlarını öz adlarına çıxdı - Video
06.12.2019
Daşnaklar Paşinyana qarşı partizan müharibəsinə HAZIRLAŞIR
06.12.2019
Nensi Pelosi: "Trampın impiçmenti siyasi məqsəd daşımır"
06.12.2019
Suriyada ABŞ-ın cəmi 600 hərbçisi qalacaq