Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6479

Digər sorğular

Tiflisdə gənclərin yeni aksiyası başlayır: elan verildi - Video

15:20  |    12 May 2018  |   E-mail  |  Çapa göndər

Tiflisdə yüzlərlə gənc Gürcüstan parlamentinin binası qarşı səhər saatlarına qədər mitinq keçirib.

Axar.az xəbər verir ki, etiraza səbəb paytaxtın gecə klublarında aparılan genişmiqyaslı əməliyyatlar olub. Aksiyaların keçirildiyi ərazi polis tərəfindən mühasirəyə alınıb. Bura başqa istiqamətlərdən gənclərin gəlməsinə izn verilməyib.

Etiraz aksiyası zamanı polis tərəfindən bir neçə gənc saxlanıb. Saxlanılanlar arasında Yeni Siyasi Mərkəz - Qirçi Pariyasının rəhbəri Zurab Caparidze də olub. O, aksiyalarda 35 nəfərin saxlanıldığını və onların arasında ABŞ və Britaniya vətəndaşlarının da olduğunu deyib.

Feysbuk sosial şəbəkəsində isə polisin təşkil etdiyi əməliyyatları dəstəkləyən və dəstəkləməyənlər olub. Əməliyyatlara qarşı xüsusilə gənc nəsil çıxıb.

Qeyd edək ki, bu gecə gürcü polisi və xüsusi təyinatlıları Tiflisdəki gecə klublarında xüsusi əməliyyat keçirib. Əməliyyat “Bassiani” və “Qaleri” gecə klublarından başlayıb. Əməliyyat zamanı xüsusi təyinatlılar narkotacirləri həbs edərək, kluba gələnlərin oranı tərk etməsini tələb ediblər. Əməliyyat zamanı 8 narkotacir yaxalanıb. Əməliyyata mane olan onlarla gənc isə saxlanılıb.

Əməliyyata səbəb bir həftə ərzində 5 gəncin naməlum narkotikdən dünyasını dəyişməsi və son bir ayda ən azı 8 gəncin zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilməsi göstərilir.

Polisin keçirdiyi əməliyyatlara qarşı keçirilən etiraz aksiyası zamanı həmçinin “Bassiani” klubunun sahibi Zviad Qelbaxiani də saxlanılıb.

***

Tiflisdə gənclərin aksiyasına fasilə verilib. Onlar yerli vaxtla saat 15:00-a "Biz bir yerdə oynayarıq, bir yerdə vuruşarıq" şüarı ilə növbəti aksiya təyin ediblər.

">

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.05.2019
“Sizin başınızı daşla əzəcəyik!...” - İrəvandakı mitinqdə qarabağlılar hədələdi
12.08.2018
Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı - FOTOLAR,VİDEO
05.08.2018
İran professorundan şok şərh
31.07.2018
Rusiyanın Gümrüdəki bazasında dava: Yaralılar var
28.07.2018
Paşinyan: “Türkiyə ilə şərtsiz əlaqələr qurmağa hazırıq” - Sensasiyalı müsahibə