Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6881

Digər sorğular

Trampın “İran” qərarı ABŞ-ın ÖZÜNÜ VURACAQ

21:58  |    11 May 2018  |   E-mail  |  Çapa göndər

İrana sanksiyaların yenidən gündəmə gəlməsindən sonra bölgədə 20 milyard dollardan artıq investisiyası olan Avropa İttifaqı ölkələri hərəkətə keçib.

2015-ci ildəki müqavilədən sonra ticarət həcmini 3 dəfədən çox artıran Avropalılar, lazım gələrsə, İran ilə ticarəti avro ilə davam etdirməyi gündəminə alıb. Bu ehtimal gerçəkləşərsə, əvvəlki aylarda Türkiyə və İranın milli valyutalar ilə ticarət edilməsi istiqamətindəki qərarına Aİ də qoşulacaq. Avropalı şirkət və QHT-lərin bu istiqamətdə təpkiləri artarkən, dolların qlobal hegemonluğuna böyük bir zərbə vurulmuş olacaq.

ABŞ prezidenti Donald Trampın İran ilə nüvə müqaviləsindən çəkilmə qərarından sonra, xüsusilə Avropa Birliyi və (Aİ) üzv ölkələrin şirkətlərinin milyardlarla dollarlıq İran investisiyalarının taleyinin necə olacağı müzakirə edilir. 2015-dəki müqavilədən sonra İran ilə ticarət həcmini 3 dəfə artıran Avropalı şirkətlərin zərəri da böyük olacaq. Dünən ABŞ rəhbərliyinin İranda sərmayəsi olan investorların bölgədən çəkilməsi istiqamətində xəbərdar etməsindən sonra, buna qarşılıq olaraq Aİ-dən "İranla nüvə müqaviləsinə sadiq qalacağıq” istiqamətində reaksiya gəldi.

DOLLARIN HEGEMONLUĞUNA ÇARƏ OLURMU?

Alman və Fransız rəsmilərinin gündəmində isə İran ilə ticarətin avro ilə davam etdirilməsi də var. Əvvəlki aylarda Türkiyə və İran arasında milli valyutalar ilə ticarət edilməsi istiqamətindəki qərarın bənzərİini, Aİ Komissiyası da ala bilər. Bu ehtimal reallaşarsa, dolların qlobal hegemonluğuna və siyasi gücünə böyük bir zərbə vurulmuş olacaq. Xüsusilə Fransız və Alman şirkətləri İranda fəal vəziyyətdədir. İranda 120 Alman şirkəti fəaliyyət göstərir və Almaniyada da 10 min şirkət İranla əməkdaşlıq edir.

TİCARƏT HƏCMİNİ 3 DƏFƏ ARTIRDILAR

Fransız ictimaiyyətinə verilən xəbərlərdə, Avropalı şirkətlərin bir araya gələrək vəziyyəti dəyərləndirəcəyi ifadə edilir. Fransanın 2015-ci ildən sonra İran ilə ticarət həcmini 3 dəfə artırdığını qeyd edən Fransa iqtisadiyyat naziri Bruno Le Maire, ABŞ-ın özünü planetin iqtisadiyyat jandarmı kimi görməsinin yolverilməz olduğunu deyib. Le Maire, Total, Sanofi, Renault və Peugeot kimi böyük şirkətlərin qərardan zərər görəcəyini də bildirib.

Müxalifət.az

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.05.2020
Moskva əhalisi gəzintiyə qrafiklə çıxacaq
27.05.2020
Ukrayna açıqladı: Qondarma "respublikalar" ləğv ediləcək
27.05.2020
Koronavirus peyvəndinin hazır ola biləcəyi vaxt açıqlandı
27.05.2020
Türkiyədə pandemiya qurbanlarının sayı 4 430-u ötdü
27.05.2020
Köpəkdən vəfa örnəyi: Koronavirusdan ölən sahibini aylarla xəstəxanada gözlədi - FOTO