Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6896

Digər sorğular

SON DƏQİQƏ: İsrail İran bazalarını bombalayır – ANONSU GEDƏN MÜHARİBƏ BAŞLADI

02:57  |    11 May 2018  |   E-mail  |  Çapa göndər

İsraillə İran arasında gərginlik azalmaq bilmir.

Muxalifet.az xəbər verir ki, gərginliyi şərh edən BBC-nin Yaxın Şərq mütəxəssisi Ceremi Boven artıq hədə-qorxuların bitdiyini, İsraillə İran arasında savaşın an məsələsi olduğunu deyib.

ABŞ-ın İranla nüvə anlaşmasından çəkilməsindən bir gün sonra, İsrail və İran gücləri raketlərlə bir-birinə hücum edib. Gün ərzində də gərginlik azalmayıb. İsrailin işğal altında saxladığı Colan təpələrində dəqiqələr öncə çəkilən fotoşəkillərdə yan-yana düzülmüş tanklar gözə çarpır. Bölgədəki hərbi hərəkətlilik diqqəti çəkir.
İlk hücum xəbəri gecə yarısı 01.00 radələrində İsraildən gəlib. İsrail ordusu Suriyadakı İranlı milislərin 20 raket atdığını elan edib.

Sosial mediadan paylaşılan görüntülərdə ard-arda raketlərin atıldığı, siqnal fiti çaldığı eşidilir.

Təl-Əviv hökumətinə görə, hücum əmrini İran İnqilab Mühafizəçiləri Ordusunun Qüds qüvvəsi komandanı Qasım Süleymanı verib.
Sözügedən hücumlara İsrail səhərə yaxın cavab verib. İşğal altında saxlanılan Colan təpələrindən çoxlu raket Suriyaya atılıb. Rusiya İsrailin 28 hərbi təyyarə havaya qaldırdığını və 70 raket atdığını açıqlayıb.
İsrail ordusu, Suriya torpaqlarında vurduğu nöqtələri göstərən bir xəritə dərc edib.
Vurulan yerlər arasında iranlı milislərin olduğu hərbi bazalar önə çıxır.
Əsəd rejiminə bağlı rəsmi SANA agentliyi İsrail ordusunun Suriyanın cənubdakı Kuneytraya bağlı Baas şəhərinə artilleriya atışı etdiyini açıqlayıb.
Mərkəzi ofisi Londonda yerləşən Suriya İnsan Haqları Rəsədxanası İsrailin hücumları nəticəsində ən az 23 iranlı milisin öldüyünü bildirib.

BBC-nin Yaxın Şərq mütəxəssisi Ceremi Boven bunları deyib.
“Artıq hədə-qorxu savaşı deyil. Bu artıq İsraillə İran arasında həqiqi müharibədir. Trampın İranla nüvə anlaşmasından çıxmasından sonra həqiqi bir risk yaşanır”.
Rusiya Müdafiə Nazirliyi Suriya rejiminin İsraildən atılan raketlərin yarısından çoxunu onlardan aldığı havadan müdafiə sistemləri ilə vurduğunu iddia edib.
İsrail ordusunun sözçüsü Conatan Conricus da Suriyadan atılan raketlərin bəzilərinin “Dəmir Günbəz” adlı havadan müdafiə sistemi tərəfindən dayandırıldığını açıqlayıb.

İsrail ordusu həmçinin, hücumlardan əvvəl Rusiyanın məlumatlandırıldığını bildirib. İsrail baş naziri Binyamin Netanyahu dünən Rusiyadakı qələbə bayramı mərasimlərinə qoşulmuşdu.
ABŞ İsraili seçdi, Rusiya İranın yanında səf tutdu!
ABŞ Xarici İşlər Nazirliyi verdiyi rəsmi bəyanatla İrana qarşı müharibədə İsrailin yanında yer aldığını rəsmi olaraq açıqladı.
Rusiya isə Suriyadakı müttəfiqi İranla münasibətləri daha da inkişaf etdirəcəyini açıqlayıb.

İrandan ilk təpki İNqilab Keşikçiləri Korpusunun konadir müavini Hüseyin Səlamidən gəlib.
Səlami İran düşmənlərinin savaşdan qaçdığını, Tehran hökumətini iqtisadi sanksiyalarla qorxutmaq istədiyini deyib.

İsrailin müdafiə naziri Aviqdor Liberman isə İranın Suriyanı ön cəbhəyə çevirməsinə izn verməyəcəklərini bildirib. Liberman son hücumlarla demək olar ki, Suriyadakı bütün İran hədəflərinin vurulduğunu açıqlayıb.

İsrail daxili müharibənin yeddinci ilini başa vuran Suriyaya daha əvvəllər də raket zərbələri təşkil edib. Tel Əviv son olaraq çərşənbə günü İran milisləri vurmuşdu. Yerli qaynaqlar raketlərə hədəf alınan hərbi bazada həyatını itirənlər arasında səkkiz İran əsgərinin olduğunu bildirmişdi.

İsrail ordusu və bölgədə olan “Hizbullah” arasında əvvəlki illərdə də qarşıdurmalar baş vermişdi, ancaq son raket müharibəsi İran və İsrailin birbaşa bir-birlərini hədəf aldıqları ilk hücum olub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.06.2020
Türkiyə yoluxma sayını bu cür azaltdı
04.06.2020
Liviya ordusu Tripolini tam nəzarətə götürdü
04.06.2020
Çində məktəbin gözətçisi uşaqları bıçaqladı - onlarla yaralı var
04.06.2020
ABŞ-da polisin öldürdüyü Corc Floydla bağlı daha bir məlumat
04.06.2020
Dünyada koronavirusa yoluxanların sayı 6,5 milyonu keçdi - STATİSTİKA