Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6896

Digər sorğular

ABŞ siyasətçisi İsrail bayrağını tapdaladı! "BU TERRORÇU BAYRAĞI..”

21:20  |    09 May 2018  |   E-mail  |  Çapa göndər

ABŞ-da Sionizm əleyhinə davranışlar artır. Seçki kampaniyası aparan Respublikaçı namizəd Patrik Little, bunun ən mühüm nümunələrindən birini nümayiş etdirib.

Sionizm əleyhinə əhvali-ruhiyyənin getdikcə artdığı Amerikada, Kaliforniya senat kreslosunun Respublikaçı namizədi bunun bariz nümunəsini ortaya qoyub.

"YƏHUDİLƏRİN HAKİMİYYƏTİNİ SON VERƏK" - DEDİ, İSRAİL BAYRAĞINI TAPDALADI

Respublikaçı namizəd Patrik Little, dörd dəfədir seçkinin qalibi olan və beşinci dəfə təkrar seçilməyə doğru irəliləyən Demokrat senator Dianne Feinsteindən sonra sorğularda ikinci sırada görünür. Patrik Little-in Respublikaçıların namizədi olaraq apardığı kampaniya çağırışı isə "Amerikadakı Yəhudilərin hakimiyyətini ortadan qaldırmaq" şəklindədir.

Little-in kəskin Sionizm və İsrail əleyhinə olan son videosu ciddi reaksiyalara səbəb olub. Respublikaçı namizəd, İsrail bayrağını yerlərdə sürükləyərək, üstündə öz hisslərini coşqun ifadə edib. Bayrağı tapdalayaraq kəskin sözlər deməklə kifayətlənməyib, sonra İsrail bayrağına tüpürüb.

"BU TERRORÇU BİR ÖLKƏNİN BAYRAĞIDIR, 11 SENTYABRDA ONLARIN BARMAĞI OLDUĞUNU BİLİRİK"

Patrik Little-İn İsrail bayrağını tapdalayarkən dediyi sözlər də diqqət çəkib. Əvvəla Respublikaçı Partiyasının Kaliforniya şöbəsini, "Sionizmin köməkçiləri" olmaqla ittiham edib, onu İsrailə xidmət etmədiyi üçün binadan çıxardıqlarını qeyd edib. Partiyadan bildiriblər ki, şənbə günü keçiriləcək iclaslarına Little-in buraxılmayacağını və onun etdiklərinin öz dəyərləri ilə uyğun gəlmədiyi qeyd olunub.
Little-in videoda, "Bu, terrorçu bir ölkənin bayrağıdır. 11 sentyabr hücumlarında İsrail barmağının olduğunu bilirik" deyərək, İsraili ittiham edib.

Patrik seçki kampaniyası əsnasında Youtube-a yüklədiyi bir videoda isə, "Yəhudi məsələsini yuxudan oyatdım və həyatımı da ölkəmizi idarə edən bu Yəhudiləri ifşaya həsr edəcəyəm" deyə, bildirib.
Patrik Little-in Twitterdə isə son zamanlar Amerika tarixindəki "Yəhudi qul sahibləri və tacirlərinə" kökləndiyi görünür.

Müxalifət.az


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.06.2020
Türkiyə yoluxma sayını bu cür azaltdı
04.06.2020
Liviya ordusu Tripolini tam nəzarətə götürdü
04.06.2020
Çində məktəbin gözətçisi uşaqları bıçaqladı - onlarla yaralı var
04.06.2020
ABŞ-da polisin öldürdüyü Corc Floydla bağlı daha bir məlumat
04.06.2020
Dünyada koronavirusa yoluxanların sayı 6,5 milyonu keçdi - STATİSTİKA