Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6896

Digər sorğular

Müavinləri Nalbandyanı satdı

19:37  |    09 May 2018  |   E-mail  |  Çapa göndər


“Nikol Paşinyanın rəhbərliyi dövründə Ermənistanın xarici siyasətində praktiki olaraq heç nə dəyişməsə də, bundan sonra üstünlük ləyaqətli əlaqələrin qurulmasına veriləcək.

Yəni balanslaşdırılmış xarici siyasət kursu dəstəklənir. Amma bu kurs ikitərəfli və çoxtərəfli formatlarda maraqlarımızın təşviqi və bərabərliyə nail olmağımız üçün daha ləyaqətli və davamlı olmalıdır”.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər nazirinin müavini səlahiyyətlərini icra edən Şavarş Koçaryan jurnalistlərə açıqlamasında deyib.

Diplomat bildirib ki, Ermənistan XİN-in müavinləri yeni seçilmiş baş nazir Nikol Paşinyanın komandası ilə işləməyə hazırdır. “Dövlət qulluqçuları ayrıca şəxslərə yox, dövlət üçün işləyirlər. Və əgər mənim xidmətim səmərəlidirsə,işimə davam etməyə hazıram”- deyə Koçaryan bildirib.

Koçaryanın bu açıqlaması birmənalı qarşılanmayıb. Erməni ekspertlərin fikrincə, yeni hökumət keçmiş baz nazir Serj Sarkisyanın eyni vaxtda iki stula əyləşmək səhvini təkrarlayaraq Qərblə əlaqələri inkişaf etdirməyə çox meyl etsə, bu, Ermənistana sabitlik gətirməyəcək. Çünki “balanslaşdırılmış xarici siyasət” Ermənistana hərtərəfli nəzarət edən Moskvanı qıcıqlandıra bilər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.06.2020
Türkiyə yoluxma sayını bu cür azaltdı
04.06.2020
Liviya ordusu Tripolini tam nəzarətə götürdü
04.06.2020
Çində məktəbin gözətçisi uşaqları bıçaqladı - onlarla yaralı var
04.06.2020
ABŞ-da polisin öldürdüyü Corc Floydla bağlı daha bir məlumat
04.06.2020
Dünyada koronavirusa yoluxanların sayı 6,5 milyonu keçdi - STATİSTİKA