Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6479

Digər sorğular

Polkovnikin silahlı hücumu: Sərkisyan təxribat hazırlayır?

18:28  |    05 May 2018  |   E-mail  |  Çapa göndər

Şübhəsiz ki, polis polkovnikinin banka silahlı hücum etməsi ölkənin təhlükəsizliyini təmin etməyə borclu olan insanlarının belə deqrazasiyaya uğradığını sübuta yetirir.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli HSBC bankının İrəvan filiallarından birinə hücum edən şəxsin polis polkovniki olmasına münasibət bildirərkən deyib. O bildirib ki, artıq Ermənistanda ictimai asayişin qorunması amili arxa plana keçib:

“Bu prosesin təxribat ola biləcəyi də şübhə doğurmur. Yəni hazırda respublikaçılar – hərbi cinayətkar xunta hakimiyyəti qoruyub saxlamağa çalışır. Onlar nəyin bahasına olursa-olsun, polisin bu prosesə aktiv şəkildə müdaxilə etməsini və aksiyanın qarşısının alınmasını arzulayırlar. Bu hadisənin təxribat olması da mümkündür ki, onlar ölkədəki vəziyyətin ağır şəkildə olduğunu, hətta polisin belə cinayət törətdiyini əsas gətirərək, hadisələrə təhlükəsizlik qüvvələrinin, daha çox da Qarabağdan gətirilən hərbçilərin müdaxilə etməsinə zəmin yaratsınlar. Yəni bu aspektdən oxşar təxribatların sayının artması da mümkündür. Növbədənkənar seçkilərə qədər və seçki elan olunandan sonra çox güman ki, hakimiyyəti qoruyub saxlamağa çalışan klanın nümayəndələri oxşar təxribatlara əl atacaqlar”.

Analitikin sözlərinə görə, digər tərəfdən, Ermənistanda xalqın vəziyyətinin acınacaqlı olduğu göz qabağındadır:

“Yəni söhbət təkcə hadisənin təxtibat xarakterli olub-olmamasından getmir. Bunu uzaqdan müəyyənləşdirmək çətindir. Amma bütün hallarda əgər polis polkovniki belə bir addım atırsa, bu artıq mənəvi-psixoloji durumun ən son həddə olduğunu sübuta yetirir. Artıq asayişi, vətəndaşı qorumalı olan şəxslərin özləri belə cinayət törədirlər”.

Qeyd edək ki, ötən gün polisi polkovniki Daniel Danielyan tüfəng, qumbara və bıçaqla silahlanaraq, HSBC bankının İrəvan filiallarından birinə hücum edib. Hücum zamanı mühafizə xidmətinin 1 əməkdaşı olub, digəri yaralanıb. Danielyan ələ keçirilərkən də bir polis əməkdaşını öldürüb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.05.2019
“Sizin başınızı daşla əzəcəyik!...” - İrəvandakı mitinqdə qarabağlılar hədələdi
12.08.2018
Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı - FOTOLAR,VİDEO
05.08.2018
İran professorundan şok şərh
31.07.2018
Rusiyanın Gümrüdəki bazasında dava: Yaralılar var
28.07.2018
Paşinyan: “Türkiyə ilə şərtsiz əlaqələr qurmağa hazırıq” - Sensasiyalı müsahibə