Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6481

Digər sorğular

Qarabağdakı hərbi qüvvələr İrəvan ətrafına cəmləşdirilir

20:05  |    02 May 2018  |   E-mail  |  Çapa göndər


Ermənistan ərazisində internet və mobil rabitəyə məhdudiyyət qoyulub.

Qaziler.az Ordu.az-a istinadən xəbər verir ki, mayın 1-də Ermənistan parlamentində keçirilən və nəticəsiz başa çatan iclasdan dərhal sonra hazırkı hərbi-siyasi rəhbərlik xalqın etiraz səsini yatırmaq və hakimiyyəti əldə saxlamaq məqsədilə Ermənistan ordusunun Dağlıq Qarabağda yerləşən qanunsuz hərbi birləşmələrinin bir hissəsini İrəvana yeritmək qərarına gəlib.

Bu məqsədlə dünən gecə saatlarından başlayaraq Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən 538-ci motoatıcı briqada və 18-ci motoatıcı diviziyanın bölmələri Kəlbəcər-Vardenis-Sevan-Yerevan və Cəbrayıl-Gorus-Vedi-Yerevan marşurutları üzrə Ermənistan istiqamətində hərəkət edir.

Bu gün səhər saatlarında Ermənistan Müdafiə Nazirliyinin əhaliyə ölkə ərazisində hərbi daşınmaların maneəsiz hərəkətinin təmin edilməsi barədə etdiyi müraciətə baxmayaraq, İrəvan şəhərinə Kanaker, Nubaraşen və Eçmiadzin istiqamətlərindən daxil olan yollarda girişlər etirazçılar tərəfindən bağlı saxlanılır.

Eyni zamanda Ermənistan hakimiyyəti tərəfindən ölkədəki internet provayderləri və mobil rabitə operatorlarının fəaliyyətinə də məhdudiyyət qoyulub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.09.2019
ABŞ-da “Qarabağ Azərbaycanındır” şüarını daşıyan təyyarələr havaya qaldırıldı - VİDEO
23.09.2019
“Atam yaxın vaxtlarda girovluqdan azad ediləcək” - Dilqəmin oğlu
23.09.2019
Azərbaycan əsgəri ermənilər tərəfindən vurulub
23.09.2019
Atəşkəs 22 dəfə pozulub
22.09.2019
Ermənistan silahlı bölmələri atəşkəsi 24 dəfə pozub