Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Ağdam kabus şəhərdir, Ermənistan dağılacaq, Azərbaycan... - Qarabağda ermənilərlə SENSASİYALI REPORTAJ (FOTO)

00:20  |    01 May 2018  |   E-mail  |  Çapa göndər

Ermənistanda Paşinyanın başlatdığı xalq hərəkatı davam edir.

Etirazlar nəticəsində Serj Sarkisyanın baş nazir postundan istefa verməsi belə prosesi səgitmədi, əksinə, ilk qələbə qazanan Paşinyan hakim Respublika Partiyasının ümumiyyətlə, iqtidardan getməsi tələbi ilə inqilabi hərəkatı genişləndirir. İrəvan və Ermənistanın digər böyük şəhərlərində davam edən etiraz aksiyaları Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə yerləşdirilmiş ermənilərdə ciddi qorxu yaradıb.
Publika.az xəbər verir ki, erməni jurnalist Artur Matveyevin “Life.ru” saytı üçün hazırladığı reportajda işğalçıların narahatlığı aydın şəkildə öz əksini tapır.

Matveyev yazır:

Dağlıq Qarabağda heç kim yeni müharibə istəmir, amma hər kəsdə müharibənin başlaması gözləntisi var. Xankəndində sakitlikdir, şüarlar eşidilmir. “Aprel müharibəsi” başa çatıb, lakin hər kəsdə yeni müharibə qorxusu var. Sakinlər danışırlar ki, İrəvanda aksiyalar başlayanda yük maşınları əsgərləri cəbhəyə daşıyırdı, həmçinin, hərbi texnika da hərəkətə keçdi. Əsgərlər tanklar və artilleriyadan atəş açaraq sınaq keçir. Bəlkə də günəşli havaya baxmayaraq, Qarabağdakı ermənilərin üzləri məhz müharibə qorxusuna görə tutqundur.



- Mən bilmirəm gələcək necə olacaq, Sarkisyan getdi, amma bu hər şeyin bitməsi deməkdirmi? Mən bilmirəm – Taksi sürücüsü Qarik danışır. O, 6 il müqavilə ilə Qarabağdakı erməni hərbi birləşmələrinə su daşıyıb. “Aprel müharibəsi”ndən sonra isə istefa verib – Cəbhədə gərginlik var, biz bunu görürük və bu, bizim də güzəranımıza mənfi təsir edir. Əgər Sarkisyan getdisə, onun yerinə gələcək adam oğru olmamalıdır.

- Onda hər şey yaxşı olacaq – dükanın qarşısında dayanmış ermənilərdən biri Qarikin fikrinə qüvvət verir.

- Müharibədən qorxmursunuzmu? – müxbir soruşur.

- Biz qorxuruq, amma gedəcək yerimiz də yoxdur – ermənilər cavab verir.



Matveyev Xankəndindən Martakertə doğru yol alır və yazır:

Biz Martakertə doğru yol alırıq və min bir əziyyətlə gedirik. Qarabağda yollar dəhşətli vəziyyətdədir, “aprel müharibəsi” zamanı dağılan yollar hələ də təmir olunmayıb. Kəndlərin yanından keçirik, hər kənddə iki, üç ev var, ən sıx yaşayan kənddə evlərin sayı cəmi 10-dur. 1994-cü ildə müharibə qurtarandan sonra Qarabağda evlərin, binaların, ümumilikdə infrastrukturun çoxu bərpa edilməyib. Biz çayı keçirik, sağda dağılmış böyük beton keçid var. Hələ 90-cı illərdə müharibə zamanı Azərbaycan Ordusunun qarşısını almaq üçün bu keçidi dağıdıblar və o zamandan bəri bərpa olunmayıb. Onun yerinə yaxınlıqda piyada keçidi tikilib. Hər şey sanki 90-cı illərdə qalıb, avtobuslar, qatarlar o dövrə aiddir.



10 evdən ibarət qəsəbəyə daxil oluruq. Yaxınlıqda qoyunlar otlayır, yol kənarında üç kişi oturub mübahisə edir.

- Mən İrəvanda oturan siyasətçilərin Azərbaycandan çox qorxduqlarını deyirəm. Siyasətçiləri biz sevmirik – mübahisə edən erməni deyir.

Baqi adlı erməni müharibə istəmədiklərini bildirir:

- Siyasətçilər üçün biz bu qoyunlardan fərqli deyilik - əli ilə otlayan sürünü göstərir – Onlar deyəcək: gedin vuruşun, ölün, biz pul qazanaq.

Sonra “Qarabağ gedəcək, Ermənistan məhv olacaq” deyir və gedir.



Martakertdə 200 ailə yaşayır, qəsəbənin ətrafı postlarla, səngərlərlə örtülüdür. Burada son günlər hər kəs müharibədən danışır. Hətta təmas xəttində əsgərlərin tez-tez hərəkətə keçdiyini deyirlər. Vorenika adlı erməni qadın isə buna inanmaq istəmir və hər gecə müharibənin olmaması üçün Allaha dua edir. O, ailəsini dolandırmaq üçün bostanda işləyir və ümid edir ki, müharibə olmadan məhsulunu toplaya biləcək. Qəsəbədə işsizlik hökm sürür, insanların yaşayışı çox çətindir. O, 37 illik həyatı boyunca müharibədən qaçıb. 90-cı illərdə bütün ailəsi ilə birlikdə Madaqizə gediblər, “aprel müharibəsi”ndə isə Martakertə gəliblər.

- Üçüncü dəfə isə artıq heç yerə qaçmayacam. Nə qədər qaçmaq olar?! Mən qızımı və anamı Xankəndinə göndərdim. Onlar qayıtmaq istəyirlər, amma mən qoymuram. İki il əvvəl qəsəbəni 42 ailə tərk elədi. Bir neçəsi qayıtdı, qalanları gəlmədi. Müharibə istəmirəm, artıq yorulmuşam. Normal yaşamaq istəyirəm, siyasətin qurbanı olmaq istəmirəm – Voroneka danışır.



Xankəndinə qayıdırıq, lakin qayıdan yol bağlıdır. Çünki orada əsgərlər təlim keçir, məcbur qalıb Ağdam istiqamətindən gedirik. Xəritədə Ağdam böyük şəhər kimi görünür, amma reallıqda bura kabus şəhərdir. Sanki evlərin qəbiristanlığıdır bura. Biz çox yavaş gedirik, çünki Qarabağda yollar pisdir, burada isə ümumiyyətlə, yol yoxdur. Solda və sağda dağılmış evlər tikanlı məftillərlə hasarlanıb.



Müharibədən 25 il keçsə də, orada hələ də partlamamış mina və mərmilər ola bilər. Bəzən xarabalıqların arasında mədəniyyət sarayının böyük sütunlarını və məscidin minarələri gözə dəyir. Ağdamda müharibənin məhv etdiyi sivilizasiya haqqında film çəkmək olar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Yoxsa indi azərbaycanlılar Xankəndidə çay içirdi - Köçəryan
18.09.2019
İran səfirliyi: “Dağlıq Qarabağ” komandasının erməni idman olimpiadasında iştirakına icazə verilməyib
18.09.2019
Azərbaycan MN: Düşmən atəşkəs rejiminə əməl etmir
17.09.2019
Bakıdan müharibə anonsu - hazırlıqlar bitir...
17.09.2019
Ermənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozub