Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6706

Digər sorğular

Paşinyan: Bakı silahlanır, Rusiya ilə danışacağıq...

20:34  |    30 Aprel 2018  |   E-mail  |  Çapa göndər


Avropa Birliyi ilə müqavilə imzalayıb, ratifikasiya etmişik. Biz bu razılaşmanı reallaşdırmaq istəyirik.

Axar.az xəbər verir ki, bunu BBC-yə müsahibəsində Ermənistan müxalifətinin lideri Nikol Paşinyan deyib.

“Düşünmürəm ki, Ermənistanla Avropa Birliyinin yaxınlaşması ölkənin təhlükəsizliyinə zərər verə bilər. Biz çalışırıq ki, həm Rusiya, həm AB, həm ABŞ, həm İran, həm də Gürcüstanla münasibətləri yaxınlaşdıraq”, – deyə o bildirib.

Onun sözlərinə görə, Rusiyanın Azərbaycana silah satması məsələsi hər zaman müzakirə edilib. O, Rusiya ilə bu istiqamətdə effektiv dialoqa ümid etdiyini bildirib:

“Rusiya da bu məsələnin ciddiliyini anlayır və məncə, onlar da bu məsələdə dialoqa hazırdırlar. Ermənistan müstəqil ölkədir və biz görürük ki, Rusiya da Ermənistanın daxili işlərinə müdaxilə etmir. Ermənistanın iqtisadi inkişaf məsələsi bizim prioritetimizdir. Əminəm ki, nə Rusiya, nə də başqa ölkə iqtisadiyyatımızın inkişafına mane olacaq. Bu sahədəki problemləri özümüz yaratmışıq. Ermənistanın Avrasiya İttifaqına üzvlüyünə gəldikdə isə mən buna qarşı olmuşam. Bu doğrudur. Ermənistan hazırda Avrasiya İttifaqına üzvdür və bu faktdır. Hər bir siyasətçi bu faktla hesablaşmalıdır. Məncə, geosiyasət sferasında qəfil hərəkətlənmələr məntiqsizlikdir”.

O, Ermənistanda baş nazir böhranının həll edilməyəcəyi təqdirdə gərginliyin daha da dərinləşəcəyini bildirib.

Müxalif lider Qarabağ məsələsinin həmçinin dialoq yolu ilə həll edilməsi gərəkdiyini deyib. Paşinyanın fikrincə, guya Ermənistan hər zaman Qarabağ məsələsində dialoqa meyilli ölkə olub, Azərbaycan isə hər zaman destruktiv mövqe sərgiləyib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.02.2020
Xocalını 1,5 milyona satan zabit burada yaşayır - Tixanski
22.02.2020
Bu gün Ümumavropa Qarabağ mitinqi keçiriləcək
22.02.2020
Kremlin gizli planına qarşı İrəvanın Xocalı şantajı
22.02.2020
Atəşkəs yenə pozulub
21.02.2020
100 il əvvəlki Qarabağ: 1920-ci ildə AXC Xankəndini necə azad etmişdi? - TARİX